Tokarev: Rusiyanın sayəsində Qarabağ de-fakto İrəvanda qalır
Qarabağ yalnız Rusiya sülhməramlılarının sayəsində de-fakto Ermənistanın olaraq qalır.
Yenipress.az xəbər verir ki, bunu rusiyalı beynəlxalq məsələlər üzrə ekspert Aleksey Tokarev deyib.
"Çox vaxt Rusiyaya mənfi münasibət bəsləyən müxtəlif qüvvələr, düzünü desək, Qərb Moskvanın Cənubi Qafqazı tərk etməsi ilə bağlı rəvayətləri aktiv şəkildə yayır. NATO-nun keçmiş baş katibi Rasmussen qəzetlərin birində yazdığı məqalədə Ermənistanın tək qaldığını, onu müdafiə edəcək kimsənin olmadığını bildirib. Tutaq ki, keçmiş baş katib doğrudan da haqlıdır. Sülh yaradan kim olacaq? Hansı tərəf? Yaxud ermənilərlə azərbaycanlılar arasında hansı millət dayanacaq?” – o bildirib.
O qeyd edib ki, ermənilərlə azərbaycanlılar arasında məhz Rusiya sülhməramlıları dayanır:
"Avropa siyasətçilərinin, mediasını vəzifəsi Ermənistan sərhədinə çatmaq, keçid məntəqəsinə gəlmək, selfi çəkməkdir. Hə bir də onlar mütləq şəkildə "Laçın yolunu "blokadadan” çıxarın” deməyi də unutmurlar”.