Topçu Vüsalın yeni fotosu yayıldı

Topçu Vüsalın yeni fotosu yayıldı

Vətən müharibəsi zamanı Topçu Vüsal kimi tanınan əsgər Vüsal İslam oğlu Şahkərimovun yeni fotosu yayılıb.

Miq.Az Report-a istinadən xəbər verir ki, bu barədə sosial şəbəkələrdə yayılan fotoda Topçu Vüsal yenə məğrur duruşu ilə diqqət çəkib.

Qeyd edək ki, Vətən müharibəsi dövründə Azərbaycan xalqı V.Şahkərimovu Müdafiə Nazirliyinin yaydığı videodan tanıyıb. Top atəşini yerinə yetirdikdən sonra cəsur duruşu ilə igid Azərbaycan əsgərinin simvoluna çevrilən 19 yaşlı əsgər barədə video və fotolar qısa müddət ərzində sosial şəbəkələrin və medianın gündəminə çevrildi.

Xatırladaq ki, V.Şahkərimov Prezident İlham Əliyevin imzaladığı sərəncamlarla "Cəbrayılın azad olunmasına görə”, "Füzulinin azad olunmasına görə” və "Qubadlının azad olunmasına görə” medalları ilə təltif olunub.
 

Miq.Az


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az