Tovuzda kitab bayramı keçirildi

Tovuzda kitab bayramı keçirildi

Bu gün Tovuz rayon Mədəniyyət Evində Heydər Əliyevin 90 illik yubileyi ilə əlaqədar 5-ci kitab bayramı qeyd olundu.

Ama.az xəbər verir ki, tədbir iştirakçıları əvvəlcə H.Əliyevin büstü önünə göl dəstələri qoyublar. Daha sonra Qərb bölgəsinin 30-a yaxın yazıçısının 300-ə qədər kitabı ictimaiyyətə təqdim olunub. Səhər saatlarından başlayan bayram tədbirində Məzahir Alıyevin "Mübariz dastanı", Qədir Hümmətin, İsa Cavadoğlunun, Y. Oruclunun, gənc yazar Gülnar Səmanın və başqa müəlliflərin kitabları nümayiş olundu. Bu münasibətlə çıxış edən müəlliflər və görkəmli ədiblər bu bayramın əhəmiyyətindən danışdılar. Qeyd etdilər ki, tədbir cəmiyyətdə kitaba marağın artırılması, yeni nəsil şair və yazıçıların yetişdirilməsində böyük əhəmiyyətə malikdir. Tədbir konsert proqramı ilə davam etdirildi. Konsert proqramında Mədəniyyət Evinin özfəaliyyət dərnəkləri, müğənni və xanəndələr çıxış etdilər. Azyaşlı məktəb şagirdləri öz şeirlərilə bayrama xüsusi rəng qatdılar.

Tədbir zamanı əsas səbəbkarlar- kitab müəllifləri AMA mikrofonlarına eksklüziv açıqlamalar verib. Onları sizə təqdim edirik:

Yazıçı Qədir Hümmət: "Biz çalışırıq ki, Qərb bölgəsindəki bütün tədbirlərdə, xüsusilə də, kitab bayramlarında fəal iştirak edək. Bugünki bayram isə, adından da məlum olduğu kimi, cənab Heydər ıliyevin 90 illiyi ilə əlaqədardır. Bu gün çox xoşdur ki, Tovuzda H.Əliyevin və İ. Əlliyevin kitablarının özü geniş şəkildə yayılıb. Bir vaxtlar V.İ. Leninin 55 cildlik kitabları yayılmışdı. Amma, indi baxıb görürük ki, Heydər Əliyevin kitabları V.İ. Leninin kitablarından həm çoxdur, həm də nəfis tərtib olunub və geniş şəkildə yayılıb. Bu kitablar həqiqətən də rəhbərlik tərəfindən fəaliyyət proqramı kmi istifadə olunur. Mən deyərdim ki, Azərbaycanın tarixi, mədəniyyəti haqqında ən gözəl kitablar Tovuzda yaradılıb. Məsələn bu müəlliflərdən biri kimi, Ramil Səfərov haqqında ilk kitabı və ən yaxşı kitabı Məzhir Alıyev yazmışdır. Həmçinin, ədib ən axımlı və gözəl şeirlər müəllifidir. İkinci onu qeyd edə bilərəm ki. türklərin, bütövlükdə bütün türk dünyasının döyüş ruhunu özünə qaytaran Mübariz İbrahimov və onun haqqında yazılan "Məzahir dastanı" var. Mən isə, bugünki sərgidə özümün Tovuzda ilk roman olan "Qaçaq Tanrıverdi" ilə iştirak edirəm. Əsərin qəhrəmanı Qaçaq Tanrıverdi özünün 28 qaçaq yoldaşı ilə bu xalqı Sovet imperiyasına qarşı müdafiə edib. İsa Cavadoğlu mənim kitabımı oxudu və qeyd etdi ki, bu kitab SSRİ dövründə sovet nöqteyi-nəzərdən yazılsaydı, dövlət mükafatına təqdim oluna bilərdi. Bu əsərimdə mən gəncliyimizə vətəni müdafiə etməyi, vətən torpağını, daşını, suyunu, milli etnoqrafiyamızı qorumağı bu kitabdan oxumağı tövsiyyə etmişəm. Bugünki gəncliyimizdən həmçinin, kitablara qayıdışı, kitablara dəyər verilməsini gözləyirəm."

Şair-şərqsünas Məzahir Alıyev: "Mən bugünki Azərbaycan gəncliyinə öz ismarıclarımı yazdığım bu qəhrəmanlıq əsərlərimlə edirəm. Gəncliyimizə onu demək istəyirəm ki, sənin istədiklərin damarlarında axan gendə var. Yəni ki, gəncliyimizin də, xalqımızın da qanında, genində onun ulu babalarının- Oğuz xanın, Manasın, Babəkin, Şah İsmayılın, Heydər Əliyev kimi nəhəng insaların genetik kodları var. Bu xalqın torpaqlarını işğal etmək, parçalamaq, uzun müddət işğalda saxlamaq mümkün ola bilməz. Heç bir dövlət başqa bir dövlətin köməkliyi ilə Azərbaycan xalqının varlığını, mənliyini işğal edə bilməz, onun qəhrəmanlıq genetikasını əlindən ala bilməz. Azərbaycan xalqı öz potensial imkanları ilə işğal olunmuş torpaqlarını azad edə bilər və edəcəkdir."



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az