Tura bu gün yekun vurulacaq

Tura bu gün yekun vurulacaq

Ötən gün Azərbaycan Premyer Liqasında II dövrənin oyunları keçirilib.

Vətəninfo.az xəbər verir ki, turun bütün görüşləri eyni gündə baş tutmalı idi. Lakin hava dumanlı olduğundan"Simurq" - "Bakı" oyunu təxirə salınıb.

"Xəzər Lənkəran" isə öz meydanında AZAL-ı qəbul edib. Oyun 1:1 hesabı ilə başa çatıb.

Turun mərkəzi qarşılaşması Qəbələdə keçirilib. Burada yerli "Qəbələ" klubu "İnter"i sınağa çəkib. "İnter" bu görüşdə qələbə qazanmaqla ikinci pillədəki mövqeyini bir qədər də möhkəmləndirə bilərdi. Lakin "Qəbələ"ninəzmkar oyunu nəticəsində oyun 1:1 hesabı ilə başa çatıb.

Premyer Liqanın hazırkı lideri "Qarabağ" klubu öz meydanında "Sumqayıt"la münasibətlərinə aydınlıq gətirib. "Qarabağ" bu oyunda 2:0 hesabı ilə qalib gəlməklə qış fasiləsinə lider kimi yollanıb.

Xatırladaq ki, qış fasiləsinə “Qarabağ” 34 xalla 1-ci, “İnter” 29 xalla 2-ci, “Neftçi” isə 26 xalla 3-cü pillədə yollanıb.

22 dekabr

Azərbaycan Premyer Liqası, 18-ci tur

12:00. “Simurq” – “Bakı”

Hakimlər: Ömər Paşayev, Azər Əsgərov, Mübariz Haşımov, Ramil Diniyev

Zaqatala şəhər stadionu.

21 dekabr (bazar)

“Qarabağ” – “Sumqayıt” - 2:0

Qollar: Leroy Corc, 25, (1:0), Vurğun Hüseynov, 55-avtoqol (2:0)Realllaşdırılmayan penalti:Ramazan Abbasov, 89 (“Sumqayıt”) - qapıçı

Hakimlər: İnqilab Məmmədov, Yaşar Abbasov, Nahid Əliyev, Orxan Məmmədov

Bakı. Tofiq Bəhramov adına Respublika stadionu.

 “Qəbələ” – “İnter”  - 1:1

Qırmızı vərəqə: Elvin Məmmədov, 87 ("İnter")

Qol: Dodo, 38, (1:0), Məhəmməd Mirzəbəyov, 67 (1:1)

Hakimlər: Fariz Yusifov, Munis Abdullayev, Elşən Acalov, Vüsal V. Əliyev

Qəbələ şəhər stadionu.

“Xəzər Lənkəran” – AZAL - 1:1

Qol: Mombanqo, 43 (0:1), Fernando Qabriel, 60 (1:1)

Hakimlər: Əliyar Ağayev, Rza Məmmədov, Akif Əmirəli, Rəhim Həsənov

“Xəzər Lənkəran” mərkəzi stadionu.



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az