"Vətəninfo.az" xəbər verir ki, oktyabrın 12-də Tovuzun “Turan” futbol klubunda baş məşqçi dəyişikliyi baş verib. Belə ki, oktyabrın 8-də Topaz Premyer Liqasının 8-ci tur matçında “Neftçi”yə səfərdə 2:1 hesablı məğlubiyyətdən sonra komandanın çalışdırıcısı Əsgər Abdullayev istefaya göndərilib. Bununla yanaşı Abdullayevin köməkçiləri Eltay Aslanov və Nizami Sadıqovda klubun düşərgəsini tərk edib. Əvəzində isə baş məşqçi vəzifəsinə Əfqan Talıbov təyin olunub. Artıq bir neçə gündür ki, yeni çalışdırıcı komandanı AZAL-la oktyabrın 20-də keçirəcəkləri növbəti oyuna hazırlayır. Həmçinin yeni baş məşqçi klubun maliyyə problemlərinin olmasına baxmayaraq bunları aradan qaldırıb, stabil komanda quracağını vurğulayıb.
ƏFQAN TALIBOV “TURAN” PFK-NUN BAŞ MƏŞQÇİSİ
K.M Komandanın uğurları üçün Əfqan Talıbova müvvəqəti olaraq Tovuz təmsilçisinin əvəzedicilərdən ibarət komandasının baş məşqçisi Nizami Ocaqverdiyev yardımçı olacaq. Onun köməkçiləri isə yaxın 2-3 gün ərzində müəyyənləşdiriləcək. Birinci dövrə hələ başa çatmamış “Turan”ın sükanı arxasına gətirilən çalışdırıcının əsas məqsədi isə komandanı ilk altılığa çıxarmağdı. “Turan”a hələki legioner transfer etməyi düşünməyən Talıbov yerli və gənc futbolçulara üstünlük verəcəyini bildirib. Artıq baş məşqçi Tovuz klubunun əsas heyətinə komandanın həm əvəzedicisindən həmdə U-17-dən 8 futbolçu çağırıb.
Qeyd edək ki, Topaz Premyer Liqasında 8 turdan sonra “Turan” 7 xalla 9-cu pillədə qərarlaşıb. Tovuz təmsilçisi keçirdiyi oyunların 2-dən qələbə, 1-dən heç-heçə, 5-dən məğlubiyyətlə ayrılıb.
Kamil Oruc