Türk millət vəkili: ”Azərbaycan əleyhinə çıxan bu tipli yazılar məqsədyönlü şəkildə yazılır”

Türk millət vəkili: ”Azərbaycan əleyhinə çıxan bu tipli yazılar məqsədyönlü şəkildə yazılır”

Türk mətbuatında çıxan bu tipli yazılar erməni diasporasının qara təxribatı və ya da cəhalətlə bağlı olan yazılardır. Bütün dünya bilir ki, Ermənistan silahlı qüvvələri rus ordusunu dəstəyi ilə Azərbaycan torpaqlarında soyqırım törədiblər.

Bu sözləri Vətəninfo.az-a Azərbaycan parlamentlərarası Dostuq Qrupunun üzvlərindən biri, Türkiyə Böyük Millət Məclisinin (TBMM) Cümhuriyyət Xalq Partiyasının (CHP) İstanbuldan olan millət vəkili Ali Özgündüz Türkiyənin tanınmış köşə yazalarından olan Ertuğrul Özkökün qələmə aldığı məqaləsində 1989-ci ildə Sumqayıtda ermənilərin azərbaycanlılar tərəfindən öldürülməsi ilə bağlı işlətdiyi sözlərinə sərt şəkildə etirazını bildirərkən qeyd edib.

“Bunun ən bariz nümunəsi Xocalıda yaşanan hadisələrdir. Bu gün Azərbaycanın torpaqlarının 20 faizi işğal altındadır. Ertuğrul Özkökün yazısında qeyd etdiyi məsələlər ermənilərin hücumlarına qarşılıq olaraq verilən hadisələr olub. 

Bu hadisələrində əsas səbəbkarı cinayətkar erməni dəstələri olublar və sonrada istintaq bunu sübut etdi”,- deyə millət vəkili söyləyib.

Millət vəkili onu da xatırladıb ki, bu yazıda qeyd edilən Pripyat Azərbaycanda deyil, Ukraynada olan bir şəhərdir: “Bir daha Ertuğrul Özkök savadsızlığını ortaya qoyaraq, bu şəhərdə ermənilərin qətl edildiyini yazıb. Son zamanlar bu tipli yazılar Azərbaycan əleyhinə sistemli və bilərəkdən yazılmaqdadır. Məqsəd isə türk ictimaiyyətində məzlum erməni obrazını yaratmaqla, cəmiyyətdə müsbət imic formalaşdırmağa xidmət etməkdir”.

Elnur Eltürk



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az