“Türk qüvvələri ilə birlikdə Qarabağda...” - Rusiyadan açıqlama

“Türk qüvvələri ilə birlikdə Qarabağda...” - Rusiyadan açıqlama

Rusiya-Türkiyə Birgə Monitorinq Mərkəzinin heyəti Dağlıq Qarabağda atəşkəsə nəzarət vəzifələrini yerinə yetirir.

Miq.Az xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyinin mətbuat xidməti məlumat verib.

Rusiya hərbi personalının atəşkəsə "Forpost” və "Orlan-10” pilotsuz uçan aparatlardan (PUA) istifadə edərək nəzarət etdiyi qeyd olunub:

"Monitorinq Mərkəzinin hərbi qulluqçuları PUA-lardan idarəetmə mərkəzinə davamlı olaraq görüntülər göndərir, ərazilərdəki bütün hərbi texnika və personalın hərəkətləri təhlil olunur və təmas xəttində baş verənlər qeydə alınır”.

Müdafiə Nazirliyi mərkəzin növbətçi zabitlərinin əldə olunmuş razılaşmaların pozulması barədə məlumatları topladıqlarını, ümumiləşdirdiyini və yoxladıqlarını, tərəflərin razılaşmaların yerinə yetirilməməsi ilə bağlı müraciətlərinə və ya problemlərə dair şikayətlərinə baxdıqlarını qeyd edib.

Miq.Az


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az