Türkiyə "Fırtına"ları PYD-ni bombalamağa başladı-Türkiyə Suriya qoşun yeritdi

Türkiyə

"Fırtına" özüyeriyən topları PYD-ni bombalamağa başladı.

Türkiyə silahlı qüvvələri Suriya ərazisində PKK terror qruplaşmasının yerli bölməsi PYD-nin mövqelərini bombalamağa başlayıb. 
Türk KİV-ləri bildirir ki, bu dəqiqlərdə Türkiyə Silahlı Qüvvələrinə məxsus "Fırtına" özüyeriyən topları sərhədin yaxınlığında Suriya ərazisində yerləşən Azez qəsəbəsini atəşə tutub. Topların hədəfi qəsəbədəki PYD mövqeləridir. 
 
Məlumata görə, Türkiyə ordusu YPG-nin əsasən Menneğ hava bazasını bombardman edib. Digər tərəfdən PYD-nin rəsmi tvitter hesabından hava bazasının vurulduğu təsdiqlənib. Türkiyə rəsmiləri bombardmanın hələ də davam etdiyini bildiriblər.

Bu hücumun Suriyadakı döyüşün taleyini təyin edəcəiyi də düçünülür. Hələb cəbhəsində terror təşkilatı PKK-ya bağlı PYD iki gün əvvəl strateji Miniğ bazsını ələ keçirmişdi. PYD daha sonrada Türkiyə sərhədində olan və müxaliflərin can damarı olaraq bilinən Azez qəsəbəsinə hücuma başlamışdı.

PYD-yə Rusiyanın döyüş təyyarələrinin havadan dəstək verib. Rusiyanın dəstəyini arxasına alan terror təşkilatı Azezə 500 metr məsafədə yerləşən Şat kəndinə qədər girib. Azezi mashirəyə alan PYD kəndlərə ağır silahlarla atəş açıb.

Miq.az





İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az