Türkiyə və Rusiya arasında müharibə gözlənilirmi?-Səfirdən açiqlama

Türkiyə və Rusiya arasında müharibə gözlənilirmi?-Səfirdən açiqlama

Bu müqaviləyə yenidən baxmaq və ləğv etmək təklifi ilə çıxış edilib.

Dünən ANS TV-nin efirində  Rusiyanın Azərbaycandakı səfiri Vladimir Doroxin gərginləşmiş Rusiya və Türkiyə mühasibətlərindən, habelə  Suriya siyasəti, Suriyadakı böhranla bağlı vəziyyətdən danışaraq maraqlı açiqlamalarla şıxış edib. 

Türkiyə və Rusiyanın Suriya məsələsinə yanaşmasında hansı prinsipial fərqlər var? Və iki dövlətin bu məslənin həllində istəklərinin nədən ibarət olduğu ilə bağlı Mirşahin Ağayevin sualını cavablandıran səfir əsas məsələnin təkcə Türkiyə ilə Rusiya arasında deyil eləcədə Rusiya ilə digər dövlətlər arasında Əsədin taleyi ilə bağlı fikir ayrılığı olduğunu bildirib.

"Antiterror koalisiyasında birləşən dövlətlər hesab edirlər ki, ilk növbədə Əsəd öz vəzifəsindən getməlidir.O zaman hər şey sakitlləşəcək, terror olmayacaq və qaçqın problem öz həllini tapacaq. Sözün düzü bunun mümkünlüyünə mən şübhə ilə yanaşıram. Nəyə görə Əsədin taleyini Suriya xalqı deyil digər ölkələr həll etməlidir? Bu bizim üçün prinsipial məsələdir. O,Suriya xalqının dəstəyindən istifadə edirsə deməli prezident kimi qalmalıdır. Dəstəyi itirsə o zaman prezident kimi qala bilməz”deyə səfir bildirib.

Mirşahin Ağayevin iki ölkə arasında müharibənin olub-olmayacağı ilə bağlı suala səfir” Niyə mənə belə suallar verirsiniz əlbətdə müharibə olmayacaq” deyə cavab verib. "Biz bu istiqamətdə əlimizdən gələni edirik. əsas istiqamətlərdən biri silahlı qüvvələrimizi lazımı vəziyyətdə saxlamaqdır. Biz sülhün tərəfindəyik və bunun üçün əlimizdən gələni edəcəyik”.

Səfirə Qars müqaviləsinin ləğv olunması barədə gəzən söhbətlər haqqında sual ünvanlayan Mirşahin Ağayevin bu söhbətlərdən narahat olmağa dəyərmi sualına səfir  Rusiyada təkcə danışıqların deyil konkret addımların atıldığını diqqətə çatdıraraq bildirib ki, Rusiya dövlət Dumasının deputatları Kommunist partiyasının deputatları prezidentə, Xarici İşlər Nazirliyinə rəsmi müraciət ünvanlayaraq, bu müqaviləyə yenidən baxmaq və ləğv etmək təklifi ilə çıxış ediblər.

"Bu sadəcə məktubdur.Təşəbbüs ölkəmizin daxilində ziddiyyətli reaksiyaya səbəb oldu.Qanuna görə deputatların məktubu bir ay müddətində cavablandırılacaq”deyə səfir əlavə edib.

Miq.az





İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az