Türkiyə XİN-dən Qazaxıstandakı etirazlara REAKSİYA - FOTO

Türkiyə XİN-dən Qazaxıstandakı etirazlara REAKSİYA - FOTO

Türkiyənin Xarici İşlər Nazirliyi artıq üçüncü gündür Qazaxıstanda davam edən etiraz aksiyalarına münasibət bildirib.

Bu barədə açıqlama Türkiyə XİN-nin rəsmi "Twitter” səhifəsində yerləşdirilib.

"Türkiyə XİN Qazaxıstanda yanvarın 2-3-də başlayan və bu səhər hökumətin istefası ilə nəticələnən etiraz aksiyalarını yaxından izləyir. Dost Qazaxıstanın sabitliyinə önəm veririk. Arzumuz qardaş qazax xalqının sülh və əmin-amanlığıdır. Qazaxıstan hakimiyyətinin bu böhranın öhdəsindən gələcəyinə inanırıq. Qazaxıstan xalqının sağlam düşüncəsinə güvənir və olayların ən qısa müddətdə sakitləşəcəyinə ümid edirik. Hadisələr nəticəsində xəsarət alanlara şəfa diləyirik”, - məlumatda qeyd olunub.
 
Image

Miq.Az


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az