Türkiyədə hərbçilər orduya qaytarılır - FETÖ

Türkiyədə hərbçilər orduya qaytarılır - FETÖ
FETÖ-nun müxtəlif vaxtlarda ordudan planlı şəkildə uzaqlaşdırdığı hərbçilər Türkiyə Silahlı Qüvvələrinə qaytarılır.
 
Axar.az xəbər verir ki, proses zamanı arxivdəki bütün sənədlər açılacaq. Haqsız şəkildə ordudan uzaqlaşdırılan hərbçilərin geri qaytarılması və ordudakı gizli FETÖ-çuların təsbit edilməsi məsələsi yenidən gözdən keçiriləcək.
 
Məlumata görə, "Vətənin əsl əsgərlərinin geri qaytarılması” adı altında aparılacaq prosesdə əvvəlcə pilotlar orduya gətiriləcək.
 
Qeyd edək ki, FETÖ-çular tərəfindən ordudan uzaqlaşdırılan hərbçilər öz açıqlamalarında həmin zabitlərin onlara işgəncə verdiyini və müxtəlif bəhanələrlə ordudan xaric etdiyini bildirib.

Miq.az


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az