Türkiyədə şagirdlərin hamısını növbəti sinfə keçirəcəklər

Türkiyədə şagirdlərin hamısını növbəti sinfə keçirəcəklər

Türkiyə hakimiyyəti pandemiya ilə əlaqədar məktəblərdə məsafədən tədrisin müddətini mayın 31-dək uzadıb.

Miq.Az "CNN Turk”ə istinadən xəbər verir ki, bu barədə Türkiyənin təhsil naziri Ziya Səlcuk məlumat verib.

"Pandemiya ilə əlaqədar məsafədən tədrisin müddəti mayın 31-dək uzadılıb. Şagirdlərin hamısı növbəti sinfə keçiriləcək”, - o vurğulayıb.

Qeyd edək ki, pandemiya müddətində Türkiyədə martın 16-dan 23-dək məktəblərdə tətil olmuşdu. Bir müddət sonra məsafədən tədrisin müddəti aprelin 30-dək uzadıldı.

Xatırladaq ki, Türkiyədə koronavirusdan ölənlərin ümumi sayı 2 992 nəfərə, infeksiya daşıyıcılarının sayı isə 114 653-ə yüksəlib.

Miq.Az


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az