Türkiyədən inanılmaz əməliyyat: 200 ölü

Türkiyədən inanılmaz əməliyyat: 200 ölü

Xəbər verdiyimiz kimi, Türkiyə qırıcıları dünən gecə saatlarında Suriyanın Hələb şəhərinin Hoşi bölgəsində PKK/PYD mövqelərinə hava zərbələri endirib.
 
Axar.az-ın məlumatına görə, hücum zamanı terrorçulara məxsus 18 hədəf məhv edilib.
 
Türkiyə Baş Qərargahından verilən açıqlamada 160-200 arası PYD silahlısının öldürüldüyü bildirilib.

Bu arada PYD/PKK silahlı birləşmələri "Fərat qalxanı” əməliyyatları çərçivəsində İŞİD-dən azad edilməsi nəzərdə tutulan 4 kəndi ələ keçirib. Silahlılar Əl-Babı da işğal etmək üçün yeni hazırlıqlara başlayıb.

Miq.az



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az