Türkiyədən kritik qərar - S-400-dən imtina etməyəcək

Türkiyədən kritik qərar - S-400-dən imtina etməyəcək

Türkiyə ABŞ-ın təzyiqi altında Rusiyanın S-400 zenit-raket komplekslərindən imtina etmək fikrində deyil.

Teleqraf.com xəbər verir ki, bunu Türkiyə Müdafiə Sənayesi İdarəsinin rəisi İsmayıl Dəmir "İzvestiya”ya açıqlamasında deyib.

Onun sözlərinə görə, Türkiyə öz siyasətini təyin etmək iqtidarındadır: "S-400-dən imtina bizim üçün müzakirə mövzusu deyil. Biz bu məsələni keçmişdə müzakirə etmişik. Bundan imtina müzakirə olunmur”.

Xatırladaq ki, bir müddət əvvəl "Röyters" agentliyinin məlumatında ABŞ-ın Türkiyə ilə Rusiyadan aldığı S-400 hava hücumundan müdafiə sistemlərinin Ukraynaya göndərilməsi imkanını müzakirə etdiyi bildirilirdi.

Miq.Az



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az