Uilyam Şekspirin 450 illiyi qeyd olunub

Uilyam Şekspirin 450 illiyi qeyd olunub

Vətəninfo.az  xəbər verir ki, ötən gün Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında məşhur İngilis şairi və dramaturqu Uilyam Şekspirin anadan olmasının 450 illiyinə həsr olunmuş tədbir keçirilib. Dünyaşöhrətli dramaturqun “Romeo və Cülyetta” tamaşasının nümayişindən əvvəl həyata keçirilmiş tədbirdə Gənc Tamaşaçılar Teatrının direktoru, Azərbaycan Respublikasının Əməkdar Artisti, Kalmıkiya Respublikasının Əməkdar İncəsənət Xadimi Mübariz Həmidov, British Council Azərbaycan nümayəndəliyinin direktoru Elizabet Uayt çıxış edib.


Mübariz Həmidov çıxışında Azərbaycan teatrının inkişafında U.Şekspir yaradıcılığının müstəsna rolunu diqqətə çatdıraraq teatrlarımızda dramaturqun böyük müvəfəqiyyətlə səhnələşdirilmiş əsərlərindən danışıb. Direktorun sözlərinə görə, Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında səhnələşdirilmiş Uilyam Şekspir yaradıcılığının ən gözəl nümunələrindən olan, iki aşiqin nakam sevgi hekayəsini əks etdirən “Romeo və Culyetta” əsəri böyük uğurla nümayiş etdirilərək tamaşaçılar tərəfindən rəğbətlə qarşılanıb. 


Elizabet Uayt çıxış edərək U.Şekspirin həm faciə, həm də komediya janrlarındakı əsərlərinin dünyaşöhrəti əldə edərək dünyanın bir çox dillərinə tərcümə olunub səhnələşdirildiyini qeyd edib. Onun sözlərinə görə,  damaturqun qələmə aldığı əsərlərdəki parlaq insan obrazı əvvəlki dövrlərlə müqayisədə daha uğurlu və  rəngarəngdir.
Tədbirdən sonra dramaturqun Dövlət Gənc Tamaşaçılar Teatrının repertuarında olan “Romeo və Culyetta” tamaşası nümayiş etdirilib.
Tamaşada Azərbaycan Dillər Universitetinin müəllim və tələbə kollektivi, teatrsevərlər klubunun üzvləri, eləcə də ictimaiyyət nümayəndələri iştirak ediblər.

Vətəninfo.az



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az