Ukrayna 2013-cü ildə ATƏT-ə sədrliyi qəbul edib. APA-nın məlumatına görə, Ukraynanın xarici işlər naziri, ATƏT-in fəaliyyətdə olan sədri Leonid Kojara ölkəsinin sədrlik müddətində prioritetlərini açıqlayıb.
L. Kojara bildirib ki, Ukrayna sədrlik müddətində uzanmış münaqişələrin həlli, adi silahlara nəzarətin gücləndirilməsi, insan alverinə qarşı mübarizə, enerji fəaliyyətinin ətraf mühitə təsirinin azaldılması, insan haqları və əsas azadlıqların müdafiəsi məsələlərinə xüsusi diqqət yetirəcək.
L. Kojara Ukraynanın Dnestryanı münaqişəsinin nizamlanması prosesində vasitəçi və qarant kimi rolunu xüsusi qeyd edib, ötən il danışıqların gedişində müşahidə olunmuş dinamikanın alqışlayıb.
O, bu və regiondakı digər münaqişələrin həlli istiqamətində tərəqqiyə nail olmağın zəruriliyini vurğulayıb: “Biz bu formatlarda danışıqlara yeni təkan verməli, baş qaldıra biləcək istənilən gərginliyə qarşı çıxmalıyıq. Münaqişələrin həlli ATƏT və bütün iştirakçı ölkələr üçün əsas prioritet olmalıdır”.
L. Kojara İrlandiyanın 2012-ci ildə ATƏT-ə sədrliyini yüksək qiymətləndirib, əmin edib ki, Ukrayna ATƏT XİN Şurasının 2012-ci ilin dekabrında Dublində keçirilmiş iclasında əsası qoyulmuş “Helsinki+40” prosesinin inkişafı üçün səylərini əsirgəməyəcək.
O, Ukraynanın ATƏT-ə sədrliyinin prioritetlərini ATƏT Daimi Şurasının yanvarın 17-də Vyanada keçiriləcək iclasında təqdim edəcəyini bildirib.
“ƏSASSIZ BAHALAŞMA GENİŞ YAYILIB, QARŞISI ALINMALIDIR” - “Dövlət müdaxilə etməsə, qiymətlər artmaqda davam edəcək”
“GƏNCƏVİ” jurnalının təqdimat tarixi müəyyənləşib
Novella Cəfəroğlu: “Yağış yağanda şəhəri su basırsa, dövlət qurumları millətin qarşısında cavab verməlidirlər”
Natiq Əliyevin qızından şikayətçi olan da general imiş - Foto
General Natiq Əliyevin qızı saxlanıldı
Hərbçilərə mənzil əvəzinə pul verilsin, polislərin maaşı artırılsın – Qüdrət Həsənquliyev
“Regionlarda problemlərin işıqlandırılmasına maneələr yaradılır” -DEPUTAT
Dağ kəndlərində qaz və işıq limiti ləğv edilsin - TƏKLİF
Musa Quliyevdən "uşaqpulu" açıqlaması: "Müavinətin məbləği artırılaraq 100 manata çatdırılacaq"
Naqif Həmzəyev "səlahiyyətimiz yoxdur" dedi, Ziyafət Əsgərov isə...
“GƏNCƏVİ” jurnalının təqdimat tarixi müəyyənləşib
Naqif Həmzəyev "səlahiyyətimiz yoxdur" dedi, Ziyafət Əsgərov isə...
Musa Quliyevdən "uşaqpulu" açıqlaması: "Müavinətin məbləği artırılaraq 100 manata çatdırılacaq"
Natiq Əliyevin qızından şikayətçi olan da general imiş - Foto
“Regionlarda problemlərin işıqlandırılmasına maneələr yaradılır” -DEPUTAT