Ukrayna əks-hücum mövqeyində - Ruslar döyüşə-döyüşə sərhədə çəkildilər

Ukrayna əks-hücum mövqeyində - Ruslar döyüşə-döyüşə sərhədə çəkildilər

Rusiya ordusunun Slavyanskın şimal-qərbində keçirdiyi əməliyyat uğursuzluqla nəticələnib. Ukrayna Silahlı Qüvvələri isə yenidən İzyumun qərbində əks-hücum hazırlığına başlayıb.

Miq.Az xəbər verir ki, bu barədə ABŞ-ın Müharibə Araşdırmaları İnstitutu (ISW) məlumat yayıb.

Rus rus qoşunları Slavyanskın şimal-qərbində, Donetsk vilayətinin Kramatorsk rayonunda uğursuz hücum əməliyyatı keçirib. Məqsədinə nail ola bilməyən rus qüvvələri geri çəkiliblər. Eyni zamanda, Ukrayna hərbçiləri İzyumdan təxminən 25 km cənub-şərqdə – Boqorodiçnoyenin şərq və şimal-qərbindən irəliləməyə çalışan Rusiyanın ağır artilleriyasını atəşə tutub.

Ukrayna qüvvələri İzyumun qərbində əks-hücum əməliyyatlarını bərpa edə bilər.

Ukrayna Silahlı Qüvvələrin əks-hücumunun məqsədi Rusiyanın İzyum və Limanla marşrutlarını kəsməkdir.

Bu arada, rus qoşunları sərhədə yaxın mövqelərini qorumaq üçün Ukrayna müdafiə qüvvələri ilə döyüşləri davam etdirirlər. Belqorod-Xarkov marşrutu üzrə Dementyevka və Ruska Lozova, həmçinin Xarkovdan təxminən 45 km şimal-şərqdə yerləşən Rubijne və Ternovada Ukrayna bölmələri ilə döyüşlərin getdiyi iddia olunur.(teleqraf.com)

Miq.Az


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az