Ukrayna Ermənistanı işğalçı adlandırdı

Ukrayna Ermənistanı işğalçı adlandırdı
Pavlo Klimkin: "Ukrayna və Azərbaycan bir-birinin suverenliyini dəstəkləyir”

"Ukrayna və Azərbaycan bir-birinin suverenliyini dəstəkləyir. Biz işğal məsələsində gələcəkdə də mövqeyimizi qoruyacağıq".
Bunu Azərbaycanda rəsmi səfərdə olan Ukraynanın xarici işlər naziri Pavlo Klimkin Azərbaycan XİN başçısı Elmar Məmmədyarovla birgə keçirdiyi mətbuat konfransında deyib.
O qeyd edib ki, Ukraynada 1,8 milyon qaçqın var: "Azərbaycan tərəfini yaxşı başa düşürük. Biz bir-birimizi beynəlxalq arenada da dəstəkləyirik. Ukraynalılar Azərbaycana getməkdə maraqlıdır və hər iki istiqamətdə turist axınında artım qeydə alınır. Biz iqtisadi əməkdaşlıq üzrə danışıqlardan razıyıq, ölkələr arasında ticarət dövriyyəsinin səviyyəsini artırmışıq".


Miq.az


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az