Ukrayna kəşfiyyatı: Rusiya bu əraziləri minalayır

Ukrayna kəşfiyyatı: Rusiya bu əraziləri minalayır

Rusiya xüsusi xidmət orqanlarının sosial obyektləri minalaması səbəbindən Donetsk (işğal olunmuş ərazisi – red.) əhalisini evlərindən çıxmamağa və ictimai nəqliyyatdan istifadə etməməyə çağırırıq.

Miq.Az xəbər verir ki, bu barədə Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsinin məlumatında deyilir.

"Bu addımlar müvəqqəti işğal edilmiş Ukrayna ərazisində vəziyyəti gərginləşdirmək və terrorçuluqda Ukraynanı ittiham etmək məqsədi daşıyır”, - deyə bildirilib.

Qeyd edək ki, bundan öncə separatçılar Donetskdə avtomobilin partladılması barədə məlumat yaymışdı.

Miq.Az


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az