Odessada “SOCAR” brendi ilə yeni yanacaqdoldurma məntəqəsi (YDM) istifadəyə verilib.
Vətəninfo.az ARDNŞ-nin saytına istinadən məlumat verir ki, bu, sayca Odessada 11-ci, bütün Ukrayna üzrə isə 43-cü “SOCAR” yanacaqdoldurma kompleksidir.
Ümumi sahəsi 123,5 kv. metr olan məntəqədə eyni vaxtda 6 avtomobilin yanacaqla təchiz edilməsinə imkan verən 3 ikitərəfli paylayıcı qurğu fəaliyyət göstərir. YDM-də Polşa, Litva və Belarusun emal zavodlarında istehsal olunmuş, Avro-5 standartlarına uyğun A-92, A-95, A-95 “Nano” benzinləri, “Nano” dizel yanacağı reallaşdırılır. Təkərlərin doldurulması, avtomobilin su təchizatı, parkinq, mobil telefonların enerji təchizatı kimi xidmətlər pulsuzdur.
Kompleks ərazisində fəaliyyət göstərən “Buta kafe”də müştərilərə Azərbaycan mətbəxinin nemətləri təklif olunur. Ödəmələr nağd, bank və yanacaq kartları, habelə Level bonus kartları ilə həyata keçirilir.
Ramiz Mehdiyev harada dəfn olunacaq?
Ramiz Mehdiyevin ailə üzvləri haqda sensasiya – Sıra onlara çatır?
Nazirin yanına gedəsən, əliboş qayıdasan, bu biabırçılıqdır! – Deputat
Aqil Abbas Məclisdə coşdu: “Niyə bizə ev verilməməlidir?”
Ramiz Mehdiyev dövlət təltiflərindən məhrum ediləcək
Ramiz Mehdiyevə hökm oxundu - Bütün əmlakları müsadirə olundu
"Qardaşlığımıza dinamit qoymaq istəyənlər var" - Ərdoğan
Gələn il uşaqpulu veriləcək? – Dəqiq CAVAB
Bakıda kriminal söhbət və qətl: Niyə DTX əməliyyat keçirdi?
Masallının sabiq icra başçısı Teymur Yəhyayev vəfat edib