Ukraynada baş nazirin müavini istefa verdi

Ukraynada baş nazirin müavini istefa verdi
Ukrayna baş nazrinin müavini Valeri Vaşevski istefa verdiyi açıqlayıb.
Modern.az Ukrayna KİV-nə istinadən xəbər verir ki, o bu addımı üzvü olduğu Ukrayna Radikal Partiyasının hakim koalisiyadan ayrılmasından sonra atıb.
"Bu, "Radikal Partiyası” fraksiyasının yekdil qərarıdır. Hər kəs bu addımı dəstəklədi və bu mənim üçün istefa verdiyim anlamına gəlir”.
Bundan öncə Oleq Lyaşkonun başçılıq etdiyi Radikal Partiyası hakim "Pyotr Poroşenko Bloku” ilə koalisiyadan çıxdığını elan etmişdi.  
Vətəninfo.az


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az