Ukraynaya nüvə başlığı daşıya bilən raket atıldı

Ukraynaya nüvə başlığı daşıya bilən raket atıldı
Noyabrın 17-də Kiyev üzərində nüvə başlığı daşıya bilən raket vurulub.

Axar.az xəbər verir ki, bu barədə "Defense Express” məlumat yayıb.

Nəşrin Ukrayna hərbi mənbələrinə istinadla yaydığı məlumata görə, vurulan X-55 tipli raketin ümumiyyətlə döyüş başlığı olmayıb.

"Döyüş başlığı əvəzinə raketə nüvə döyüş başlığını imitasiya edən blok quraşdırılıb. Bunun üçün isə ruslar özlərinin nüvə arsenalından bir ədəd X-55 raketindən istifadə ediblər”, - məlumatda qeyd olunub.

Nəşr onu da qeyd edib ki, bu vaxta kimi Rusiya Ukraynaya zərbələr endirmək üçün X-55 raketinin nüvə olmayan və adi döyüş başlıqları daşıyan X-555 tipindən istifadə edib:

"Məhz X-55 sırf nüvə başlığı daşımaq üçün hazırlanmış raketdir”.



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az