Vaksin vurdurmaq haramdır? - Hacı Şahindən açıqlama

Vaksin vurdurmaq haramdır? - Hacı Şahindən açıqlama

Vaksinlərin tərkibində dini baxımdan haram maddələrin olması ilə bağlı deyilənlər tamamilə yanlışdır.

Miq.Az Trend-ə istinadən xəbər verir ki, bunu Qafqaz Müsəlmanları İdarəsinin səlahiyyətli nümayəndəsi, ilahiyyatçı Hacı Şahin Həsənli deyib.

Ş.Həsənli bildirib ki, vaksinlərin tərkibində elə bir maddə yoxdur:

"Ona görə də insanlar bu vaksinlərdən rahat şəkildə istifadə edə bilərlər. Dinimiz nəinki bu məsələləri qadağan edir, əksinə təkid edir. Çünki Quranda ayə var ki, öz əlinizlə özünüzü təhlükəyə atmayın”.

Miq.Az



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az