59 yaşını kabinetində keçirən icra başçısı içkili vəziyyətdə olub. Beyləqandan redaksiyamıza daxil olan məlumat görə icra başçısı Vaqif Abdullayevlə rayon maliyyə idarəsinin müdiri Oktay Hacıyev arasında qarşıdurma yaranıb. Belə ki, dünən maliyyə idarəsinin müdirini yanına çağıran icra başçısı ondan büdcə təşkilatlarından birinə ayrılan vəsaitin sənədlərini istəyib. Oktay Hacıyev isə icra başçısının hansı sənədləri istəyirsiniz? deyə ikinci dəfə soruşanda Vaqif Abdullayev idarə müdirini ən ağır söyüşlərlə təhqir edib.
Vətəninfo.az xəbər verir ki, bu haqda xəbəri 7News.az saytı yayımlayıb. Mənbə bildirib ki, icra başçısının dünən 59 yaşı tamam olub. Bu səbəbdən Vaqif Abdullayev kabinetində içki qəbul edib və bu vəziyyətdə də idarə müdiri ilə mübahisə edib. Məlumatlı şəxs iddia edir ki, Beyləqan rayonunda fəaliyyət göstərən büdcə təşkilatlarının bütün maliyyə sənədləri Vaqif Abdullayevin masası üzərindədir. Belə ki, idarə və müəsissələrə ayrılan vəsaitlərin "silinməsini” şəxsən Vaqif Abdullayev həyata keçirir. Artıq Beyləqandakı bir çox idarə müdirləri icra başçısının sənədləşmə işindən beziblər. Saytımıza danışan şəxs qeyd edir ki, Vaqif Abdullayev icra başçılığından çıxarılacağı ilə bağlı məlumat aldığı üçün dayanmadan büdcə təşkilatlarının müdirlərini "soyur”. Sübüt olaraq qeyd edək ki, son 3 ayda rayonun daxili büdcəsindən müxtəlif müəsissələrə kağız üzərində 100 min manata yaxın vəsait köçürülüb. Köçürülən vəsaitlər isə birbaşa icra başçısına çatıb. Qeyd edək ki, Vaqif Abdullayevin idarə müdirlərindən hər ay nə qədər "haqq” alması ilə bağlı ilginc məlumatı oxucularımıza təqdim edəcəyik.
Sayt xəbər verir ki, Beyləqan rayonu ilə bağlı bir sıra ilginc məlumatlar daxil olmaqdadır. Məlumatlardan birini bir neçə gün öncə dərc etmişdik. Yazıda qeyd olunurdu ki, evinin və bütün əşyalarının yanmasına görə rayon icra hakimiyyətinə gələrək kömək istəyən vətəndaş icra başçısı Vaqif Abdullayev tərəfindən unikal bir cavab alıb. Mənbə bildirir ki, icra başçısı vətəndaşın kömək xahişinə, "indi vəziyyət çox çətindir, ölkəni götürən böhran icra hakimiyyətlərinə də təsir edib. Cənab prezident hələ ki, heç bir tikinti təmir üçün vəsait ayırmayıb, bir yerdən borc al, gələn il vəsait ayrılacaq, o zaman sənə köməklik edərəm” deyib.
İcra başçısının bu unikal cavabından sonra vətəndaş qohum-əqrabalarının, qonşularının köməkliyi özünə bir neçə yatacaq dəst və əşya alıb.
Məsələnin maraqlı tərəfi isə Vaqif Abdullayevin vətəndaşa verdiyi cavab olub.
Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.
Xətai rayon Məhkəməsinin hakimi Əminə Abbasovanın ədalətsiz qərarı QOHUMLUQ ƏLAQƏLƏRİNİN hüquq üzərindəki "qələbəsidiir"-ŞİKAYƏTÇİ
“Həcərin, Nigarın, Əslinin bu xalqa heç bir dəxli yoxdur, üçü də…” – Cəlaloğludan şok
Kəmalə Ağazadədən İqbal Ağazadəyə cavab
İranın AzTV qərarının görünməyən tərəfi – Ölkədə həbslər ola bilər
Deputat: “Xaricdə mühacirlərlə görüşməyimizdə hər hansı problem yoxdur, çünki deməyə sözümüz var”
İcra başçıcı Leyla Əliyevanın açılışını etdiyi parkı satıb? -GECƏLƏR AĞACLAR KƏSİLİR
Deputat: “İran tərəfi bilməlidir və bilir ki, Azərbaycan Televiziyası dövlət kanalıdır, dövlətimizi təmsil edir”
Məmməd Musayev əlbir olduğu sahibkarlarla birgə HƏBS EDİLDİ
Elman Nəsirov: "Dünyanın heç bir yerində xəyanətkar bağışlanmır"
“10 mini olanın atasına lənət...” - O mülklər Əhəd Abıyevindir?
Namiq Hacıheydərlisiz təqvim...
Nazim Hikmətin salamını almayan Leventə cavabı
Emil Rasimoğlu: "Xammal olan istənilən mövzu isə cəmiyyətdir, kütlədir"
SU KİMİ ŞƏFFAF ÖMÜRLÜ İNSAN..
Cavid Fərzəli: "Xoşbəxtlik ağ gününə qar olmaqdır..."
Dustaqlara nə deyərdim?
Fəlakətin Əsiri
Ədəbiyyatımızda "GÜLLƏLƏNMİŞ" BAŞ redaktorlar
Yalnız Qürbətdə Vətənin əclaflığını və soydaşların əclafını da sevmək olur!
Utanan həbsxana və ya Aydın Canıyevin yandırılmış fotosu...
Çox qəmə binəsən, gözüm...”– Paşa Talıblı
Paşa Talıblıdan yeni şeirlər: "Cəllad can seyrinə çıxır..."
"Allahın altından yer istəmirəm..."— Paşa Talıblıdan yeni şeirlər
"Şükür, yenə bu nəfəsdə yoruldum..."- Paşa Talıblıdan YENİ ŞEİRLƏR
İlham Əliyev Monqolustan səfirini qəbul etdi
Ramiz Rövşən: SON GÖRÜŞ