Bu il mayın 19-da dəhşətli yanğın hadisəsi baş verən binada təmir-bərpa işləri ilə bağlı yaranan qalmaqal daha da böyüyür.
Belə ki, əmək haqlarından 100 manatın kəsilməsi ilə bağlı etiraza qalxan işçilər ədalətin bərpa olunmasını tələb edirlər.
Maaşları
kəsilən işçilərin əsas narazılıq etdikləri şəxs Milli Məclisin üzvü
Ağalar Vəliyevdir. Buna səbəb də təmir-bərpa işlərinin həvalə olunduğu
"Azəraqrartikinti” ASC-nin deputata məxsus olmasıdır.
İşlərə
nəzarəti A.Vəliyevin yaxın adamı Emil Hacıyev həyata keçirir. Mətbuatda
zaman-zaman tikinti ilə əlaqədar yayılan məlumatlarda bu şəxs barəsində
heç də xoşagələn xəbərlər getməyib.
"Yeni Müsavat”ın 15 iyul
sayında yanan binada gördükləri işlərinin müqabilində verilməli olan
pullarının bir hissəsini ala bilməyən iş icraçısı Cəfər Şərbətov və
Yaşar Hüseynovun şikayətləri dərc olunmuşdu. Şikayətçilər Emil Hacıyevin
ünvanına ağır ittihamlar səsləndirmişdilər.
E.Hacıyev isə öz
növbəsində həmin şəxsləri onu qəzet vasitəsilə şantaj etməkdə, bu yolla
ondan pul almağa çalışmaqda günahlandırmışdı. Hətta onları "kişi kimi
çörəkpulu qazanmağa” çağırmışdı.
E.Hacıyevin bu fikirləri yaranan
narazılığın üzərinə sanki benzin töküb. Qəzetə yenidən müraciət edən
şikayətçilər onun yalan danışdığını bildirdilər.
Cəfər Şərbətov
deyir ki, E.Hacıyevin kişilik söhbəti etməsi münasibətləri şəxsi
müstəviyə çəkir: "27 iyunda bizə verdikləri kağızı dana bilməzlər. Orada
hansı məbləğə iş gördürüblərsə, yazılıb. Emil deyir ki, guya biz yalan
danışırıq, bizə artıq pul verilib. Hətta kişilik söhbəti edir. O,
tamamilə yalan danışır. Burada hər bir halda başqa söhbətlər ortaya
çıxır. O deyir ki, mən küçə uşağı deyiləm. Amma yanımda Yaşara dedi ki,
"səni torbada oğurladaram”.
Dediyi sözləri indi danır. Bəs bu,
kişilikdir, Emil? Biz sadəcə haqqımızı tələb edirik. Deyirik ki,
işlədiyimizin pulunu verin. Özünün iştirakı ilə razılaşma olub. Deyib
ki, 50 qəpiyi nəzərə alarıq, darıxmayın. Hətta dedi ki, sizin işdə 50
qəpik nəzərə alınmasa, ərizə yazıb işdən çıxacam. Biz də ona inanıb
işləyirdik. Elə zənn edirdik ki, bizə ürəyi yanır. Normal insan
bilirdik. Mənə problemi bağlamaq üçün 200 manat pul təklif etdi. Dedim
ki, pulu qoy cibinə... Dindar adamam, mənə o pul lazım deyil. Sən kimsən
ki, mənə minnət qoyub, pul verirsən. Dindar adamam, haqqı nahaqqa
vermərəm. Heç vaxt haram pul yemərəm. Haram yeyən olsaydım, Emil kimi
yuxarıda oturardım. 1 manat 20 qəpiyə malyar işi gördürərlər? Özü də
prezidentin nəzarəti altında olan binadır. Öz evinə o qiymətə malyar
vurdurarlar? Əgər camaat bilsə, aləm bir-birinə dəyəcək.
Emil
deyir ki, guya bizim gördüyümüz iş bərbad halda olub. Əgər belədirsə,
onda ustalarımı niyə işdə saxlayıb? Hazırda orada işləyirlər. O
ustaların telefon nömrələri də məndədir. Hamısını işə mən qəbul etmişəm.
Əgər bərbad iş görürdüksə, onda Emil telekanalları aldadır? Bütün
çəkilişlər işlədiyimiz otaqlarda aparılırdı. Emil müsahibə verirdi ki,
işlər yüksək səviyyədə gedir. Belə çıxır ki, o, bütün respublikanı
aldadır.
3-4 otaqda gedən işləri bütün binaya aid edirdilər.
Halbuki başqa yerlərdə işlər getmir. Kişilikdən söhbət gedirsə, kişilik
budur. Təmiz danışmaq lazımdır. Biz şantaj yolu ilə niyə pul tələb
etməliyik? Lazım gələrsə, alacağımız 3 min manatı yetimlər evinə,
Müdafiə Fonduna köçürərəm. O pul alınmalıdır. Emil özünü küçə uşağı
hesab edib bu cür sözlər danışır. İşçiləri qorxutmaq üçün bütün yollara
əl atır. Əgər bərbad iş görmüşüksə, çağırıb sübut eləsin. Bərbad iş
görmüşüksə, bizi bir ay orada necə saxlayıb? Sanki bizi işə tələsdirən,
çəkiliş gələndə göstərmək üçün çalışan insan bu deyildi?
İnsan
danışanda Allahının olduğunu unutmamalıdır. Prezidentin tapşırıq verdiyi
binada belə hərəkət edirlərsə, görün digərlərində vəziyyət necədir.
Gördürdükləri işin qiymətini kim görsə, dəhşətə gələr. 5 milyon manat
ayrılan binadır. Nə yeyinti edirlərsə, özləri bilər. Pullarımızı
versinlər. Fəhlə işlətmişik, pullarını versinlər. Cibimizdən pul verməyə
imkanımız olsa, verərik. Azərbaycanda çinliləri də bu qiymətə
işlətmirlər. Onlar 2 manata işləyirlər. Amma bunlar millətimizi 1 manata
işlədəcək səviyyədə olan insanlardır. Deyirlər ki, işsizlikdir.
Yalandır, hər yerdə iş var”.
Şikayətçi lazım gələndə yanan binada
gedən işlərlə bağlı şok faktlar açıqlayacağını bildirdi: "Orada
keyfiyyətli iş alınmayacaq. Hətta ev sahiblərinin özləri də narazılıq
edəcəklər. Onu indidən görürəm. Orada elə şeylər baş verir ki, indi
demək istəmirəm. Lazım gələndə açıqlayacam. Bunları desəm, bütün
sakinlər ayağa qalxacaq.
Bunu Emil müəllim də çox gözəl bilir.
Onun deməyi ilə biz naziri də aldatmalı idik. Deyirdi ki, nazir gələndə
nə desəm, onu edərsiniz. Açılası çox şeylər var. Söhbət kişilər arasında
qalmalıdır. Ona görə də susuram. Balaca bir məmur at oynadırsa, görün,
ölkə nə gündədir. Bütün bunlarla bağlı prezidentə müraciət edirəm.
Araşdırma aparılsın. Onda hər şey üzə çıxacaq”.
Ağalar Vəliyevin deputatlığı sual altındadır
Məlumatda deyilir ki, Qaradağdan 97 saylı Goranboy-Ağdam-Tərtər
seçki dairəsinə "sürgün edilmiş” Ağalar Vəliyev YAP-ın siyahısındakı
"qurbanlıq namizədlərdəndir”.
İnformasiyada
bildirilir ki, YAP heç də bütün dairələr üzrə 100 faizli qələbə qazanmaq
fikrində deyil. Əslində bu əvvəlki seçkilərdə də belə olub və hakim
partiya hansısa dairədən irəli sürdüyü namizədin seçilməyəcəyinə
əmindir, sadəcə olaraq seçkilərin "demokratikliyini”, hər yerdə YAP
namizədinin qalib gəlmədiyini isbatlamaq üçün bu addımı atıb. YAP-ın
əvvəlcədən də bilindiyi kimi "uduzacağı” dairələrdən biri isə Ağalar
Vəliyevin namizədliyini irəli sürdüyü 97 saylı Goranboy-Ağdam-Tərtər
seçki dairəsidir. Maraqlıdır bəs, Ağalar Vəliyev niyə "vurulur”, YAP-ın
ondan imtinasının səbəbləri nədir?
Bütün bu
sualllara cavab tapmaq məqsədilə çox da uzaq olmayan keçmişdə
meydan.tv-də yay ımlanmış yazını təkrar dərc etmək qərarına gəldik.
Savash.org olaraq hesab edirik ki, yuxarıdakı sualların ətraflı
cavablarını bu yazıda tapa biləcəksiniz...
Mayın
19-da Bakıda çoxmərtəbəli binada baş verən yanğın insan tələfatı ilə
bitdi. Cavabdeh qurumlar yanğına səbəbini binanın üzlənməsi üçün
istifadə edilən penoplast üzlüklərin olması ilə əsaslandırdılar. Bundan
sonra Bakıda təhlükə yaranmaması üçün penoplastla üzlənmiş binaların
üzlüklərini sökməyə başladılar. Eyni zamanda yanmış binada (Azadlıq
prospekti, 200/36 ünvanında) da bərpa işləri başladı. Bərpa işləri ilə
bağlı tender keçirilmədi və ilkin dövrdə bərpanın kimə tapşırılması
gizli saxlanıldı. Baş nazirin müavini Abid Şərifov jurnalistin yanan
binadakı təmir işlərinin sifariş edildiyi şirkətin adı ilə bağlı sualına
"Səə nə var, Alabala” deyərək, həm dövlət qulluqçusu statusunu, həm də
jurnalisti təhqir elədi. Sonradan yanan binanın hansı şirkətə verilməsi
məsələsi mətbuata aydın oldu, amma həmin "Alabala” deyilən günü təmirin
tapşırıldığı şirkətin rəhbərinin elə Abid Şərifovun arxasında durması
nüansını jurnalsitlər nəzərdən qaçırdı.
Bəli,
Binəqədi rayonunda yanan binanın təmiri "Azəraqrartikinti” ASC-yə həvalə
olundu. ASC-nin rəhbəri, Milli Məclisin deputatı Ağalar Vəliyevdir.
Onu, 1996-cı il, iyunun 19-da eks-prezident Heydər Əliyev
"Azəraqrartikinti” Dövlət Şirkətinin prezidenti vəzifəsinə təyin edib.
1998-ci ildən isə Ağalar Vəliyev həmin şirkətin bazasında yaradılmış
"Azəraqrartikinti” Səhmdar Cəmiyyətinin idarə heyətinin sədri
vəzifəsində çalışır. Bir dövlət müəssisəsinin özəlləşdirilməsi və yumşaq
desək, "əldən çıxarılması” onun vasitəsilə həyata keçirilir.
Qısa
arayış: "Azəraqrartikinti” Açıq Səhmdar Cəmiyyəti artıq 50 ildən çoxdur
ki, fəaliyyət göstərirdi və bu qurum 1961-ci ildə qeyri-dövlət
mülkiyyəti əsasında yaradılmış "Başkolxozlararasıtikinti” Idarəsinin
hüquqi varisi idi. Sonradan onun tərkibinə müxtəlif dövlət təşkilatları
verilməklə adı bir neçə dəfə dəyişdirilərək, "Başkolxozsovxoztikinti”
Idarəsi, "Azəraqrarsənayetikinti” Birliyi, "Azəraqrartikinti” Istehsalat
Birliyi, "Azəraqrartikinti” Dövlət Şirkəti adlandırılıb.
Azərbaycan
Respublikası Prezidentinin "Tikinti kompleksinin inhisarsızlaşdırılması
və özəlləşdirilməsi haqqında” 1997-ci il 2 dekabr tarixli 646 saylı
Fərmanı ilə "Azəraqrartikinti” Dövlət Şirkəti ləğv edilərkən şirkətin
qeyri-dövlət mülkiyyətinə məxsus əmlakının bazasında "Azəraqrartikinti”
Açıq Səhmdar Cəmiyyəti yaradılaraq Azərbaycan Respublikası Ədliyyə
Nazirliyində 11 mart 1998-ci il tarixdə 1 saylı şəhadətnamə ilə
qeydiyyata alınıb. Cəmiyyətin bütün mülkiyyəti Ağalar Vəliyevə "hədiyyə”
edilib.
Öyrəndik ki, "Azəraqrartikinti”nin
səhmlərinin bölgüsü qapalı aparılıb və kollektiv arasında səhmlər
bölünüb. Hər işçinin nominal dəyəri 20 manat olmaqla 130 ədəd səhmi
olub, Səhmdarların sayı məlum deyil. Amma indiyədək təxminən 200 dəfə
əqd bağlanıb (səhmlərin albğı-satqısı ilə bağlı). Son aylar isə
müəssisənin səhmləri bazarda sürətlə yığılır, 2600 manat qiyməti olan
səhmlər üçün, deyilənə görə, işçilərə 300 manat pul verib alırlar.
Əslində
"Azəraqrartikinti” Səhmdar Cəmiyyətinin idarə heyətinin sədri Ağalar
Vəliyevə səhmlərin neçə faizinin məxsus olması ilə bağlı konkret
informasiya əldə edə bilmədik. Çünki Səhmdar Cəmiyyət illik hesabatını
nə saytında, nə Kütləvi Informasiya Vasitələrində açıqlamır,
hesabatlarının şəffaflığını təmin etmir.
"Azəraqrartikinti”
ASC özəlləşərkən tabeliyində bir çox rayon filialı da var idi. Bəziləri
isə özəlləşmə həyata keçirildikdən sonra yaradıldı və anında tam
gücüylə fəaliyyətə başladı. Bir sözlə, "Azəraqrartikinti” ASC 40 filial
və törəmə şirkətlə özəlləşdirildiyi ildən dövlət tenderleri almağa
başladı...
"Azəraqrartikinti” ASC-nin eyni zamanda
qeydiyyatda olduğu Bakı şəhəri, Yasamal rayonu, Şəfayət Mehdiyev küçəsi
93 ünvanında daha iki şirkət də qeydiyyatdadı. Bunlardan biri Ağalar
Vəliyevin oğlu Pərviz Vəliyevin adına qeydiyyatdan keçmiş "PZ Servis”
MMC, ikincisi, qardaşı oğlu Ramin Vəliyevin adına təsis olunmuş "Azital
Inşaat” MMC.
Deputatın müəssisəsinin rayon filiallarının rəhbərlərinin də adına olan şirkətlər var.
Bunlar:
* "Azəraqrartikinti”nin Saatlı filialının rəhbəri Bəybala Əkbərov həm də "Muğan LTD” MMC-nin təsisçisidir.
* "Azəraqrartikinti”nin Neftçala filialının rəhbəri Imanqulu Əliyev eyni zamanda "Bərpaçı Dizayner” MMC nin rəhbəridir.
*
"Azəraqrartikinti”nin Bakı 3 sayı filialının rəhbəri Sabir Qaragözov
daha 2 şirkətin təsisçisidir; "Qaragözova” MMC və "Tərəqqi-2008″MMC.
*
"Azəraqrartikinti” Açıq Səhmdar Cəmiyyətinin Şəki yerli tikinti
materialları istehsalı filialının rəhbəri Nəsib Növbərov həm də "Şəki
şirkəti” adlı başqa bir müəssisənin də təsisçisidir.
"Azəraqrartikinti”
Açıq Səhmdar Cəmiyyəti həmçinin bir sıra layihələrin icrasını aşağıdakı
şirkətlərlə müştərək şirkətlər quraraq həyata keçirib: Italiyanın
"Eleca”, "Impronta”, Fransanın OTV şirkəti, Türkiyənin "Metabronz”,
"Turan Xəzinədarlığı”, PIM PROCE, "ŞUKO”, "QRANITAS” şirkətləri,
Rusiyanın "Foton” firması ilə, Almaniyanın "Rayzinq”, PERI, "VIRTGEN”
şirkətləri…
Yəqin ki, bunlar hamısı deyil. Amma
Azərbaycan hökuməti şəffaflıq və demokratiya prinsiplərinə zidd gedərək,
məmurların və AR Konstitusiyasına əsasən bizneslə məşğul olması qadağan
olunmuş şəxslərin əməllərini ört-basdır etmək məqsədilə Vergilər
Nazirliyinin bazasını bağladığı üçün daha geniş məlumatlar əldə edə
bilmirik. Halbuki birbaşa və ya ona məxsus törəmə, eləcə də asılı
təsərrüfat cəmiyyətləri ilə birlikdə ümumi bazarda payı 35 faizdən çox
olan təsərrüfat subyektləri bazarda hökmran mövqe tutan sayılırlar.
Dövlətdən aldığı lisenziyalar, sifarişlər, idxal kvotaları vasitəsilə
bazara əhəmiyyətli təsir göstərə bilən təsərrüfat subyektləri də
inhisarçı sayılırlar. Belə şirkətlərin mallarının və xidmətlərinin
təklif edilməsi şərtlərinə, onların qiymətlərinə, həmin şərtlərdə və
qiymətlərdə dəyişikliklərə aid bilgilər şəffaf olmalıdır. Azərbaycan
Dövlət Neft Fondu, Əhalinin Sosial Müdafiəsi Fondu və s. kimi tamamilə
və ya qismən dövlət mülkiyyətində, yaxud asılılığında olan
qeyri-kommersiya təşkilatları, büdcədənkənar fondlar, eyni zamanda
"Azərsutikinti”, "Azəraqrartikinti”, "Kapitalbank”, Azərbaycan
Beynəlxalq Bankı, "Azərsığorta” və s. kimi dövlətin üzvü olduğu və ya
iştirak etdiyi kommersiya birlikləri dövlət büdcəsindən verilmiş
vəsaitdən və ya onlara ayrılmış əmlakdan istifadəyə dair bilgiləri hər
kəsin əli çatacağı veb-resurslara yerləşdirməlidirlər.
Milyonlarla manat dəyərində tenderlər
"Azəraqrartikinti”
Açıq Səhmdar Cəmiyyətinin tenderlərinin hamısını müəyyənləşdirmək
təəssüf ki, bizə müəssər olmadı. Biz sizin üçün 1998-ci ildən 2014-cü
ilə qədər "Azəraqrartikinti”nin aldığı tenderlərin bir hissəsini müəyyən
etdik və bir neçə dövlət qurumunun saytından müəyyənləşdirə bildiyimiz
fərqli vaxtlarda aldığı tenderlərin siyahısını təqdim edirik. Dövlət
qurumlarının saytlarında tenderlərin hamsının məbləği göstərilməsə də,
göstərilən rəqəmlər artıq milyonlardan xəbər verir. 1998-ci ildən bu
günə kimi müəssisə Heydər Əliyev Fondunun, Azərbaycan Respublikası
Nazirlər Kabinetinin, Azərbaycan Respublikası Ədliyyə, Müdafiə,
Mədəniyyət və Turizm, Səhiyyə, Təhsil nazirliklərinin, Azərbaycan
Respublikası Ərazilərin Bərpası və Yenidənqurulması üzrə Agentliyin,
Məcburi Köçkünlərin Sosial Inkişaf Fondunun, Azərbaycan Milli Elmlər
Akademiyasının, Baş Prokurorluğun və digər sifarişçilərin xətti ilə
xeyli sayda müqavilə icra edərək başa çatdırıb, yaxud icra olunmaqdadır.
Bu
sahədə araşdırmalar göstərdi ki, tender.gov.az "http://tender.gov.az/”
saytı verilən tenderlərin heç 50%-ni də əhatə eləmir. Sifarişini müəyyən
elədiyimiz tenderlərin bəziləri üçün ayrılan məbəği müəyyənləşdirmək
imkansız idi. Aşağıdakı 2 cədvəldə 1998-ci ildən 2014-cü ilə qədər adı
çəkilən şirkətə verilən tenderlərdən müəyyənləşdirdiklərimizi əks
etdirmişik. Bunların birində məbləği müəyyən olunan tenderlər, digərində
məbləği müəyyən olunmayan tenderlər əks olunub. Sadəcə məbləğini
müəyyən etdiyimiz tenderlərin ümumi həcmi 85 milyon 634 min 637 manat
edir. Bunlara "AZƏRAQRARTIKINTI”yə verilməsi fakti müəyyən olunan, amma
ayrılan maliyyəsi müəyyən olunmayan tenderləri və ümumiyyətlə, bizim
üçün də əlçatmaz olan sifarişləri nəzərə alsaq, həmçinin bu sifarişlərin
əksəriyyətinin rəsmi qurumlardan verilməsinə diqqət etsək, bu şirkətə
göstərilən "əlahiddə” münasibət maraq doğurmaya bilmir.
Leyla
Əliyeva və Pərvin Zeynalovun 2011-ci ildə "Neft tenderləri: Aysberqin
görünməyən tərəfləri” başlığı ilə dərc olunmuş araşdırmasında isə
"Azəraqrartikinti”nin bu tenderlərdə iştirakı ilə bağlı aşağıdakı
məlumat var:
"Rəsmi mətbuatda tender elanı belə
verilməyib. Layihələr isə 20-30 podratçıya yüklənib. Konkret,
qəsəbələrdə ”Azəraqrartikinti” SC-yə məxsus 4 müəssisə – "Füzuli” ATF,
"Bərdə” ATF, "Ağcabədi” ATF, "Gəncə” Yol Tikinti Firması, "Azəri Servis”
LTD, "Şəms-95″, ”Alıbəyli”, "Inşaatçı”, "MIH” LTD, "Imişli” Yol
Tikinti, "Azərisutəchizattikinti” SC, "Şəki-62″,
”Bakıelektrikşəbəkətikinti” ASC, "Azərikəndtikinti” ASC, "Elnur-2″ MMC,
”Meliorator Tikinti və Quraşdırma” Məhdud Məsuliyyətli Cəmiyyəti, ARTIM
Məhdud Məsuliyyətli Cəmiyyət, türk və azərbaycanlı iş adamlarının birgə
müəssisəsi olan "IMAY” şirkətləri işləyib. Sənədlərə əsaslansaq,
qəsəbələrin salınmasında ən çox iş "Azəraqrartikinti” SC-dədir – evlərin
tikintisində 29%, sosial obyektlərdə isə 42% işi Səhmdar Cəmiyyətin
nəzdində olan müəssisələr görüb. SC işləri həmin müəssisələrə məhz
subpodratçı təşkilatlar kimi həvalə edib. Əslində müəssisələr birbaşa
şirkətin özünə məxsusdursa, onlar işi subpodratçı kimi görməməlidilər”.
Qeyd
edək ki, əldə edə bildiyimiz tender məlumatlarında göstərilən məbləğlər
90 milyon manatdan yuxarıdır. Sadəcə göstərilən rəqəmlər…
"Azəraqrartikinti”
Açıq Səhmdar Cəmiyyətinin rəhbəri və Milli Məclisin deputatı Ağalar
Vəliyev Prezidentin Fərmanı ilə 2010-cu ildə "Əməkdar mühəndis” fəxri
adına, 2012-ci ildə isə "Şöhrət” ordeninə layiq görülüb.
Eyni
zamanda, "Azəraqrartikinti” ASC yol-körpütikinti firmasinın rəhbəri
Maqsud Əvəz oğlu Gülməmmədov 2012-ci ildə, "Aqrartikinti”nin Sabirabad
filialinın rəhbəri Vaqif Əlövsət oğlu Məmmədov 2012-ci ildə,
"Aqrartikinti”nin Bakı 1 saylı filialının rəhbəri Xudayar Hənifə oğlu
Rəhimov 2010-cu ildə, müəssisənin Füzuli ixtisasquraşdırma filialının
rəhbəri Nazim Qaçay oğlu Şükürov 2014-cü ildə, "Azəraqrartikinti”nin
Bakı tikinti mexanikləşdirmə filialının rəhbəri Ibrahim Qənbər oğlu
Muxtarzadə 2015-ci ildə Azərbaycan Respublikası Prezidentinin Fərmanıyla
"Tərəqqi” medalı ilə təltif olunublar.
Jurnalistlərin
"millət vəkilləri özəl sahibkarlıqla məşğul ola bilməz” replikasına
cavab verən Ağalar Vəliyev deyib: "Fəaliyyətim tam qanunidir, qanunsuz
heç bir şey yoxdur. Mən Səhmdar Cəmiyyətin təsisçisiyəm. Ora özəl
qurumdur. Mən rəhbər yox, təsisçiyəm, oranın icraçı direktoru var,
biznes sahəsi ilə məşğul olan adam var, mən sadəcə millət vəkilliyimlə
məşğulam”.
Ağalar Vəliyevə və onu bu statusa gətirənlərə həmin qanunu bir daha xatırladırıq.
Azərbaycan Respublikası Konstitusiyasının 85-ci maddəsinin II hissəsi:
1.
Ikili vətəndaşlığı olan, başqa dövlətlər qarşısında öhdəliyi olan, icra
və ya məhkəmə hakimiyyəti sistemlərində qulluq edən, elmi, pedaqoji və
yaradıcılıq fəaliyyəti istisna olmaqla, başqa ödənişli fəaliyyətlə
məşğul olan şəxslər, din xadimləri, fəaliyyət qabiliyyətsizliyi məhkəmə
tərəfindən təsdiq edilən, ağır cinayətlərə görə məhkum olunmuş şəxslər,
məhkəmənin qanuni qüvvəyə minmiş hökmü ilə azadlıqdan məhrumetmə
yerlərində cəza çəkən şəxslər Azərbaycan Respublikasının Milli Məclisinə
deputat seçilə bilməzlər.
"…elmi, pedaqoji və
yaradıcılıq fəaliyyəti istisna olmaqla, başqa ödənişli fəaliyyətlə
məşğul olan şəxslər… Azərbaycan Respublikasının Milli Məclisinə deputat
seçilə bilməzlər”./teref
7News.Az
Sabir Rüstəmxanlının 80 illik yubileyi keçirildi - FOTO, VİDEO
“Mədəniyyət ocağı yox, təhlükə mənbəyi” - Hövsandakı yarımçıq layihənin məsuliyyəti kimdədir?
Deputat: “Sənədsiz evlərin qeydiyyata alınması ilə bağlı qiymətləndirmələr aparılır”
Hər ailədə ikinci uşağa 200 manat… - AÇIQLAMA
Bakı-Tbilisi qatarında yükə görə də PUL ALINACAQ - Maksimum çəki
Osman Gündüz: “Qiymətləri 3-4 dəfə qaldırmaq yolverilməzdir”
Əkrəm Həsənov: "Azərbaycanda “uşaqpulu” üçün vəsait demək olar, yoxdur"
AMİP və Müsavat arasında gərginlik – “Surət Hüseynova vəzifəni kim vermişdi?”
“ADY rəhbəri cəmiyyətə iqtisadi sanksiya tətbiq edib" - ŞOK AÇIQLAMA
RUSİYA VƏ TÜRKİYƏYƏ DƏ QATARLA GEDƏ BİLƏCƏYİK? - Ekspertdən quru sərhədləri ilə bağlı mühüm AÇIQLAMA
Namiq Hacıheydərlisiz təqvim...
Nazim Hikmətin salamını almayan Leventə cavabı
Emil Rasimoğlu: "Xammal olan istənilən mövzu isə cəmiyyətdir, kütlədir"
SU KİMİ ŞƏFFAF ÖMÜRLÜ İNSAN..
Cavid Fərzəli: "Xoşbəxtlik ağ gününə qar olmaqdır..."
Dustaqlara nə deyərdim?
Fəlakətin Əsiri
Ədəbiyyatımızda "GÜLLƏLƏNMİŞ" BAŞ redaktorlar
Yalnız Qürbətdə Vətənin əclaflığını və soydaşların əclafını da sevmək olur!
Utanan həbsxana və ya Aydın Canıyevin yandırılmış fotosu...
Çox qəmə binəsən, gözüm...”– Paşa Talıblı
Paşa Talıblıdan yeni şeirlər: "Cəllad can seyrinə çıxır..."
"Allahın altından yer istəmirəm..."— Paşa Talıblıdan yeni şeirlər
"Şükür, yenə bu nəfəsdə yoruldum..."- Paşa Talıblıdan YENİ ŞEİRLƏR
İlham Əliyev Monqolustan səfirini qəbul etdi
Ramiz Rövşən: SON GÖRÜŞ