Bu gün sürətli və dinamik inkişaf yolunda inamla irəliləyən Azərbaycan hazırda regionun qüdrətli dövlətinə çevrilib. Beynəlxalq aləmdə reytinqi getdikcə artan ölkəmizin siyasi, sosial-iqtisadi sahələrdə əldə etdiyi uğurların təməlində ümummilli lider Heydər Əliyev tərəfindən əsası qoyulan xarici və daxili siyasət dayanır.
Azərbaycanın nəqliyyatına rəhbərlik edən Ziya Məmmədov da ümummilli liderin bu siyasətinə sadiq qalaraq nəqliyyat infrastrukturunun sürətlə inkişafına bütün əməyini sərf edib. Məhz nazirin rəhbərliyi ilə nəqliyyat-yol kompleksində, eləcə də yol təsərrüfatında sistemli və davamlı şəkildə islahatlar, quruculuq, təmir-bərpa işləri aparılıb. Ölkənin regionlarında, eləcə də paytaxt Bakıda dövlət başçısının sərəncamları ilə ayrılan vəsaitlər nəqliyyat-yol infrastrukturunun dinamik inkişafına yol açıb. Son 10 ildə avtomobil yollarının tikintisində və təmirində istifadə olunan 3014 müxtəlif təyinatlı nəqliyyat vasitəsi, yol tikinti maşınları, avadanlıq və qurğular alınıb, ümumi gücü saatda 2240 tondan çox olan 33 asfalt beton zavod işə salınıb.Bütün yuxarıda sadalananlar təbii ki, nazir Ziya Məmmədovun rəhbərliyi ilə həyata keçirilib.
İndi isə onun Azərbaycanın nəqliyyat infrastrukturumuzun inkişafında göstərdiyi xidmətləri kimlərinsə təşvişinə səbəb olur və nəticədə hədəf kimi götürülür. Sağlam tənqiddən kimsə narazılıq eləməz və əgər tənqid sağlamdırsa. Amma son zamanlar Ziya Məmmədovla bağlı yayılan xəbərlər və yazıları diqqətlə izlədikdə görmək olar ki, bu yazılar eyni mətbəxin abu-havasında hazırlanır və yayılır.
Misal üçün, bir neçə nazirliklərin– DİN, Vergilər Nazirliyi, Dövlət Sosial Müdafiə Fondu, Əmək və Əhalinin Sosial Müdafiəsi Naziriliyinin bəzi səlahiyyətləri ASAN xidmətə verildi, və normal qarşılandı. Bəs necə oldu ki, Naqliyyat Nazirliyinin bircə struqtrunun ASAN xidmətə verilməsindən sonra mətbuatda sicilləmə, əsasssız məlumatlar yayıldı. Maraqlı və təzadlı məqamlar var…Deməli daxildəki bəzi qüvvələr bilərəkdən Z.Məmmədov üçün ciddi problem yaradır, onun mətbuatın gündəminə gətirməklə zəiflətməyə, sıradan çıxamaga çalışır.
Elə isə ortaya maraqlı sual çıxır? Necə olur ki, bu başqa qurumların bəzi xidmətləri ASAN xidmətə verilərkən kimsə səsini çıxarmırdı, Nəqliyat Nazirliyi ilə bağlı məqamlar dərhal şişirdilir? Məlumat üçün bildirək ki, Prezident İlham Əliyev "Dövlət xidmətlərinin göstərilməsində şəffaflığın artırılması, yaşayış yeri üzrə qeydiyyat və lisenziyalaşdırma prosedurlarının elektronlaşdırılması sahəsində bəzi tədbirlər haqqında" fərman imzalayıb. Fərmanda ən diqqət çəkən məqamlardan biri taksi minik avtomobilləri ilə sərnişin daşınmasına xüsusi razılıq (lisenziya), taksi minik avtomobilləri ilə sərnişin daşınmasını həyata keçirən sadələşdirilmiş vergi ödəyicilərinə məxsus nəqliyyat vasitəsinə "Fərqlənmə nişanı”nın verilməsinin ASAN Xidmətə həvalə olunmasıdır. Artıq müəyyən prosedurlar həyata keçiriləndən sonra taksi fəaliyyəti ilə məşğul olanlar, eləcə də aylıq fərqlənmə nişanı almaq istəyənlər ASAN Xidmətə müraciət edərək istəklərini daha rahat və qısa müddətdə həyata keçirə biləcəklər.
Bundan əvvəl isə bəzi məsələlər həllini tapmalıdır və ölkə başçısı imzaladığı sənədlə dövlət qurumlarının qarşısında müvafiq tapşırıqlar qoyub. Bu tapşırıqlardan biri Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinə aiddir. Komitə yaxın gələcəkdə taksi fəaliyyəti ilə bağlı standartları müəyyənləşdirməli və təsdiq etməlidir. Digər məsələ isə Nəqliyyat Nazirliyinin lazım olan informasiya bazasını ASAN Xidmətə inteqrasiya etməsi ilə bağlıdır. Nəqliyyat Nazirliyindən bildirilib ki, artıq sərəncamdan irəli gələn məsələlərin icrasına başlanılıb.
Yəni "Piar” mətbəxlərində saxladıqları idoloqlarına ən azından başa salmalıdırlar ki, cızma-qara etdikləri "məlumatlar”a az da olsa həqiqət payı qatsınlar. Yoxsa Ziya Məmmədovla bağlı yazdıqları cızma-qaralar sabun köpüyü kimi bir.
İnformasiya Şöbəsi
Vətəninfo.az