Etibar Pirverdiyevin səlahiyyətləri Heydər Babayevə verilib-İDDİA

Etibar Pirverdiyevin səlahiyyətləri Heydər Babayevə verilib-İDDİA

Vətəninfo.az-a daxil olan məlumatda iddia edilir ki, "Azərenerji" Açıq Səhmdar Cəmiyyətinin sədri Etibar Pirverdiyevin səlahiyyətləri alınaraq qeyri-rəsmi olaraq sabiq iqtisadi İnkişaf naziri Heydər Babayevə tapşırılıb.

Daxil olan məlumatda vurğulanır ki, Etibar Pirverdiyev Sumqayıt Texnaligiyalar Parkı-na ayrılan dövlət vəsaitlərini küllü miqdarda mənimsədiyi üçün yuxarı dairələrin ciddi qəzəbinə tuş gəlib.

Məlumatda vurğulanır ki, STP-nın yaradılması üçün 100 milyondan artıq vəsait banklardan götürülüb.Amma götürülən vəsaitin hara və necə xərcləndiyi bu günə kimi açıq qalmaqdadır. Digər bir tərəfdən isə STP-da çalışan 8 mindən artıq işmilərin sayı isə aşağı endirilərək 2 min saxlanılıb.

Yuxarı dairələr də niyə və hansı səbəblərdən işçilərin işdən çıxarıldığını,3 aydan artıq müddətdir işçilərə əmək haqlarının verilmədiyini, STP-da yığılan avtomobillərin niyə və hansı səbəbdən satılmadığını,satılan avtomobillərin isə geri qaytarıldığının sorğu-sualın edir.

Bütün bu hallara isə yalnız və yalnız Etibar Pirverdiyev vavab verə bilmədiyindən vəziyəti daha da gərginləşdirir.

Fikirləşin ki, STP-da çalışan insanlara yalnız və yalnız Qurban bayramı günü bir ayın əmək haqqısı verilib və bununla yanaşı da hər işçiyə dahda səs-küy salmasınlar deyə 2 kq qurban əti verilib.

Məlumatda vurğulanır ki, Etibar Pirverdiyevin bütün səlahiyyətləri əlindən alınaraq sabiq İqtisadi İnkişaf naziri Heydər Babayevə qeyri-rəsmi olaraq verilib və hazırda Pirverdiyevin nəzarətində olan bütün sahələrin idarəçiliyin həyata keçirir.

Məlumatın nə qədr doğru olub-olmadığını isə Etibar Pirerdiyev və Heydər Babayev bilir.


 

Vətəninfo.az




İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az