Vidadi Məmmədov vuruldu-Vergilər Nazirliyində
Vətəninfo.az-a adını açıqlamaqdan imtina edən mənbədən daxil olan məlumatda qeyd edilir ki, Vergilər Nazirliyi yanında Vergi Cinayətlərinin ibtidai araşdırılması Departamentin rəisi general Vidadi Məmmədov tutduğu vəzifədən azad edilərək nazirlikdə daha kiçik bir idarəyə rəhbər təyin edilib.
Məlumatda qryd edilir ki, Vidadi Məmmədov əvvəllər Vergilər Nazirliyi yanında Vergi Cinayətlərinin ibtidai araşdırılması Departamentində əgər təqribən 300-ə yaxın əməkdaşa rəislik edirdisə,indi o cəmi-cümlətanı 16 nəfərə rəislik edir.
Adını açıqlamaqdan imtina edən mənbənin redaksiyamıza sızdırdığı məlumatda vurğulanır ki, generalın elə yüksək postan kəllə-mayallaq aşağı düşürülməsinin səbəbi bir müddət əvvəl onunla bağlı mətbuatda gedən xəbərlər olub. Amma ölkədə 1-ci Avropa Oyunları keçirildiyindən Vidadi Məmmədovun vəzifəsindən uzaqlaşdırılması prosesi bir qədər yubanıb.
Məlumata görə, general vəzifəsindən çıxarılması ilə bağlı xəbəri məzuniyətdə olduğu vaxt alıb.
Onun Vergilər Nazirliyi yanında Vergi Cinayətlərinin ibtidai araşdırılması Departamenti vəzifəsindən uzaqlaşdırılmasına səbəb olan xəbər isə, aşağıda qeyd olunan məlumatdır.
Bu məlumat isə, Vətəninfo.az İnformasiya Agentliyində o dövürdə yayıldı. Yayılan xəbəri olduğu kimi yenidən təqdim edirik.
"Belə ki, Vergi Cinayətlərinin İbtidai Araşdırılması Departamentinin İstintaq İdarəsinin icraatında olan 142980213 saylı cinayət işinin istintaqı nəticəsində 20.06.1988-ci ildə, Şuşa şəhərində anadan olmuş Abbasov İlkin Cahangir oğlu «Proqress AC», «Maqus print», «Atlant Tur Qrupp» və «Asko ram» MMC-lərə faktiki olaraq rəhbərlik etmiş və həmin müəssisələrdə vergiləri ödəməkdən yayınmışdır. İstintaqa gəlmədiyinə görə onun barəsində axtarış elan edilmiş, lakin axtarış zamanı Abbasov İlkin Cahangir oğlunun yerinə onun qardaşı 11.12.1994-cü il tarixdə anadan olmuş doğma qardaşı Abbasov Əlisahib Cahangir oğlu tutularaq heç bir cinayfəti olmadığı təqdirdə, tamamilə bu işlərdən anlaqsız vəziyyətdə 15 dekabr 2014-cü il tarixdə VCİAD-ın inzibati binasına gətirilərək saxlanılmışdır.
Nəzərinizə çatdırırıq ki, şəxs həbs olunduqda bu barədə bir neçə hüquq mühafizə orqanı məlumatlandırılır, məhkəmə, polis, prokurorluq və həbs etmək istəyən orqan bu halda Vergilər Nazirliyidir. Həmçinin demək lazımdır ki, Vidadi Məmmədov rəhbərlik etdiyi təşkilatda güclü maddi texniki bazası olan kriminalistika bölməsi fəaliyyət göstərir. Orada hər bir həbs edilən şəxsin əl barmaq izləri götürülür.
Qeyd etdiyimiz İlkin Abbasovun barəsində əvvəl axtarış elan edilmiş sonra isə onun qardaşını Əlisahib Abbasovu Əməliyyat idarəsi axtarışla idarəyə gətirmiş və istintaq İdarəsinin rəis müavini polkovnik Qurban Mehrəliyevə təhvil vermişdir. Q.Mehrəliyev həmin şəxsin sənədlərini toplayaraq Yasamal rayon məhkəməsinə təhvil vermiş və Yasamal rayon məhkəməsinin qərarı ilə bir nəfər cinayəti olmayan şəxs həbs edilmişdir".
Məlumatı redaksiyamıza sızdıran mənbənin iddiasına görə, o dövürdə, yəni qeyd edilən məlumat mediada yayıldığı günün səhəri nazir Fazil Məmmədov Vidadi Məmmədovu o ki var danlayıb və baş verən özbaşınaçılığın aradan qaldırılmasın tələb edib.
Adını açıqlamayan mənbənin sızdırdığı məlumatda vurğulanır ki, həmin gün Vidadi Məmmədov idarədə məlumatı mediaya ötürən mənbəni tapmaq üçün bütün imkanlardan istifadə edib. Hətta adını açıqlamayan mənbə redaksiyaya sızdırdığı məlumatda iddia edir ki, general idarə əmkadaşlarına hətta hədə-qorxuda gəlib və onlara hansı əməkdaşının xəbəri sızdırdığını müəyyən etmək üçün onların telfonlarını belə yoxlatdıracaq.
Mənbə sızdırdığı məlumatda vurğulanır ki, vəziyyət idarədə o həddə çatımışmış ki, hətta əməkdaşlar telfonlarla bir-biri ilə belə danışmağa qorxurmuşlar. Ancaq Vidadi Məmmədovun Vergi Cinayətlərinin İbtidai Araşdırılması Departamentinin İstintaq İdarəsinin rəisi vəzifəsindən uzaqlaşdırılması ilə, əməkdaşlar rahat nəfəs ala biliblər.
Vətəninfo.az