İlham Əliyev İslamçıların sədri oldu-ÖZƏL
Vətəninfo.az-ın əldə etdiyi məlumata görə Azərbaycan İslam Partiyasının uzuzn zamandır sədir əvəzi olan İlham Əliyev bundan sonra partiyanın rəsmi sədri olaraq təsdilənib.
Məlumata görə,höccətülislam olan İlham Əliyev eyni zamanda fətvalar belə verə bilir. Yəni Azərbaycan İslam Partiyasının başına höccətülislam titullu birinin gətirilməsi eyni zamanda Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri Hacı Allahşükür Paşazadəyə meydan oxumağa hesablanıb.
Məlumata görə, müəyyən qədər İranın təsiri altında olduğu iddia edilən AİP-na İlham Əliyevin gətirilməsində də məqsəd elə ölkədəki şiə məzhəbinə xidmət edən dindarları "Görürsünüz sədrimiz hətta höccətülislam olduğundan,onun islam aləmində də nüfuzu böyükdür"-mesajı verməkdir.
Vətəninfo.az