Əsabil Qasımov DSK sədrinə 20 min pul verib - İDDİA

Əsabil Qasımov  DSK sədrinə  20 min pul verib  - İDDİA
Vətəninfo.az-a adını açıqlamaqdan imtina edən mənbədən daxil olan məlumatda iddia edilir ki, 79 saylı İmişli Seçki Dairəsindən namizdəliyi irəli sürülən "Un kralı” Əsabil Qasımov DSK-nın sədri Sabit Yaqubova 20 min manat rüşvət verib. Adını açıqlamaqdan imtina edən mənbənin iddiasına görə, rüşvətin verilməsinə səbəb Əsabil Qasımovun namizəd olduğu bu dairədən digər namizədliklərini irəli sürən şəxslərin qeydiyyata alınmaması ilə bağlıdır.
Mənbənin məlumatına görə, DSK-nın sədrinə pulu Əsabil Qasımovun Naib Xəlilov adlı xalası oğlu oktyabrın 5-də çatdırıb. DSK-nın sədrinə çatdırılan 20 min manatın bir qismi həmin gecə DSK-nın digər üzvləri arasında bölüşdürülüb. O da deyilir ki, Sabit Yaqubov Əsabil Qasımovun yaxın dostu, istefada olan general Cavad Şıxəliyevin kürəkənidir və S.Yaqubovun DSK-nın sədri olmasında "Un Kralı”nın əməyi misilsizdir. Məlumatın nə qədər doğru olduğunu öyrənmək üçün Sabit Yaqubovun özü ilə də əlaqə saxladıq və ona "Əsabil Qasımovun xalası oğlu Naib Xəlilovun sizə 20 min manat veribmi” - sualı ilə müraciət etdik. Sabit Yaqubov ona 20 min manat pul verilməsi ilə bağlı sualımıza cavab verməyəcəyini bildirdi və qeyd etdi ki, ümumiyyətlə, o, belə iddaları rədd edir.

Redaksiyadan: oktyabrın 2-də "İmişlidə Əsabil Qasımov, Bağdadda kor xəlifə” başlıqlı yazımızda qeyd etmişdik ki, Əsabil Qasımov 79 saylı İmişli Seçki Dairəsinə dolayı yollarla müdaxilə edərək digər namizədlərin qeydiyyatına əngəllər törədir.
 
Vətəninfo.az


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az