Vətəninfo.az-ın elektron ünvanına daxil olan məlumatda qeyd edilir ki, hazırda ABŞ-nın Pelsilvaniya Ştatında eş-işrət içərisində yaşayan,Türkiyə Respublikası tərəfindən qırmızı bületenlə axtarışa verilən Fətullah Gülən Azərbaycanda Qafqaz Universitetinin rektoru, Əməd Saniciiki aydır ki,Azərbaycan üzrə "Gülən” hərəkatına xidmət edən qüvvələrə rəhbərlik etsin deyə imamlıq vəzifəsi həvaləedib.

Məlumatda qeyd edilir ki, əvvəllər Fətullah Gülənin Azərbaycan üzrə imamı"Çağ Öyrətim" litseylərinin rəhbəriƏnvərÖzərən idi.Ənvər Özrən 2015 dərs ilindən Azərbaycandan uzaqlaşdırıldığından Əhməd Sanic "İmam”lığa təltif edilib. Adını açıqlamaqdan imtina edən mənbə tərəfindən göndərilən məlumatda qeyd edilir ki, "Fətullah”çıparalel (alternativ dövlət)şəbəkəsinə görə kim hansı ölkəyə "İmam”təyin edilibsə deməli Fətullah Gülənə bir başa təyinat alıdığı ölkədəki fəaliyyətləri barədə aylıq və ya üç ayda bir hesabat göndərir. Məlumatda o da vurğulanır ki, "İmam”ın başqa vəzifəsi isə fəaliyyət göstərdiyi ölkədə dövlət adamlarını özlərinə cəlb etmə,dövlət içinə sızma,məhkəmə sistemində şəbəkələşmə və sairə fəaliyyətləri həyata keçirir və şəbəkənin üzvü olanlardan həftəlik hesabat alma və s. Daxil olan məlumatda qeyd edilir ki, Əhmət Sanic "Fətullah”çı səbəkəyə yeni professor və müəllim cəlb etmək üçün çox maraqlı və təsirli metoda baş vurub.
Elektron ünvanımıza daxil olan məlumatda qeyd edilir ki, Əhmət Sanic Azərbaycanın digər universitetlərindən professorları və müəllimləri Qafqaz Universitetindən həftəlik görüşlərə cəlb edir.

Görüşlər əsasən axşam saat19:00-dan sonra təşkil edilir ki, bu da diqqətləri cəlb etməsin. Görüşün məqsədinə gəlincə isə güya tanışlıq və elmi mübadilə.Amma əsas məqsəd həmin professor və müəllimləri şəbəkəyə çəlb etməkdir.
Məlumatda vurğulanır ki, görüşdə Fətullah Güləndən söz arası söhbətlər açılır,Türkiyədəki fəaliyyətləri qabardılır,Türkiyəyə pulsuz səfərlər təşkil etməklə professor və müəllimlər şirnikləşdirilir.Məlumatda deyilir ki, Əhəmd Sanic Qafqaz Universitetini"Fətullah”çıların "işıq evləinə" çevirib. Yəni "Fətullah”çılarda "İşıq evləri” şəbəkəyə cəlb etmək üçün görüşlərin təşkil edildiyi xüsusi evlərdir.
Məlumatda diqqət çəkən bir məqam isə Əhməd Sanicin "İmam”təyinatına qədər Qafqaz Univeristetində təşkil olunan toplantılarda Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğana qarşı məhz Əhməd Sanic tərəfindən bəddualar səsləndirilib. Bu toplantılar illərdir təşkil edilir ki, toplantılara qatılmaqdan imtina edən tələbələr isə univeristetdən qovulma ilə hədələnir.
Redaksiyadan: Bir daha vurğulayırıq ki, yuxarıda qeyd edilən məlumatda səsləndirilən iddialar,redaksiyanın elektron ünvanına adını verməkdən imtina edən mənbə tərəfindən göndərilib. Məlumatda səsləndirilənlərin doğru olub-olmadığını isə Qafqaz Univeristetinin rəhbərliyi və Əhməd Canic cənabları bilir.
Vətəninfo.az