Vardanyanın fəaliyyəti cinayətkar xarakter daşıyır - Nazir

Vardanyanın fəaliyyəti cinayətkar xarakter daşıyır - Nazir

Milyarder Ruben Vardanyanın fəaliyyəti cinayətkar və avantürist xarakter daşıyır.

Miq.Az xəbər verir ki, bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Moskvada rusiyalı həmkarı Sergey Lavrov ilə görüşdən sonra keçirilən mətbuat konfransında bildirib.

Nazir deyib ki, regionda məskunlaşmış Vardanyanın fəaliyyəti avantürist xarakter daşıyır: "O, regionu nə qədər tez tərk etsə, hamı üçün bir o qədər yaxşı olar. Çünki bundan ilk növbədə yerli əhali əziyyət çəkir. Belə ki, bu, yerli əhalinin reinteqrasiya prosesinə mane olur".

XİN başçısı bütün maraqlı tərəfləri regionda yaşayan erməni əhalisinin reinteqrasiyası prosesinə töhfə verməyə çağırıb.

C.Bayramov Azərbaycan tərəfinin bu istiqamətdə addımlar atdığını və bu addımları gələcəkdə də davam etdirməyə hazır olduğunu söyləyib.


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az