Vasif Talıbovun direktor qudası da vəzifədən getdi

Vasif Talıbovun direktor qudası da vəzifədən getdi

Naxçıvan Neft və Qaz Məhsulları Təminatı Müəssisəsinin direktoru Bəhruz Əzimov vəzifəsindən azad edilib.

"Qafqazinfo” TNS-ya istinadən xəbər verir ki, bu barədə Naxçıvan Muxtar Respublikası Ali Məclis sədrinin birinci müavini Azər Zeynalov sərəncam imzalayıb.

Bildirilib ki, onun yerinə təyin olunan Cəlal Mehdiyev artıq kollektivə təqdim edilib.

Qeyd edək ki, Behruz Əzimov Naxçıvan Ali Məclisinin sabiq sədri Vasif Talıbovun oğlu Rza Talıbovun qayınatasıdır. O, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatıdır.



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az