Venesuela prezidenti Azərbaycana səfər edəcək

Venesuela prezidenti Azərbaycana səfər edəcək

Venesuela Prezidenti Nikolas Maduro Azərbaycana səfər edəcək.

"Report”un məlumatına görə, bu barədə Venesuela hökumətinin yaydığı rəsmi açıqlamada deyilir. Səfərin məqsədi neft hasilatının dondurulması ilə bağlı məsələləri müzakirə etməkdir.

Məlumatda deyilir ki, o əvvəlcə Neft İxrac Edən Ölkələrin Təşkilatına (OPEC) üzv ölkələrə, daha sonra isə qeyri-üzv ölkələrə səfər edəcək. Səfər çərçivəsində onun Azərbaycanla yanaşı İran, Səudiyyə Ərəbistanı və Qətərə də gedəcəyi planlaşdırılır.

Qeyd edək ki, N.Maduro artıq cümə axşamından etibarən səfərinə başlayıb və səfər ümumilikdə 4 gün davam edəcək.

Miq.az



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az