Vətəndaşlar yaralılar üçün qan verirlər
Miq.az Kanal S-ə (Region TV) istinadən xəbər verir ki, bu gün Şəkidə cəbhə bölgəsində yaralanan vətəndaşlara və əsgərlərə yardım etmək məqsədilə qanvermə aksiyası keçirilib. Bu aksiyada vətəndaşlar könüllü olaraq qan veriblər. Onların məqsədi, öz qanı ilə qana ehtiyacı olanlara həyat bəxş etməkdir. Aksiyada iştirak edənlər əvvəlcə müayinədən keçiblər, onlardan qan analizi götürülərək sağlam olub-olmamaları müəyyənləşdirilib. 50-yə yaxın vətəndaşın iştirak etdiyi aksiyadan tədarük olunan qan laboratoriyada yoxlanıldıqdan sonra qana ehtiyacı olan insanlara köçürülməsi üçün cəbhə bölgəsinə aparılacaq.
Miq.az