Vətəndən başqa andı yoxdur ZABİTİN - ZAMANSIZLIQ FACİƏSİ...

Vətəndən başqa andı yoxdur ZABİTİN - ZAMANSIZLIQ FACİƏSİ...
Zahid TEYMUROV
Ehtiyyatda olan POLKOVNİK
Daxili Qoşunların sabiq Qərərgah rəisi  

Hər bir ölkənin tarixində, hakimiyyət uğrunda mübarizə milli şuarla maskalanmış nadanlar tərəfindən aparılanda xalq zamansızlıq faciəsi yaşayır. Yəni, it yiyəsini tanımır. Bir zabit olaraq bu faciəni mən Azərbaycanda, bir neçə dəfə yaşamışam. Zabit Vətəninə qanla, canla bağlı olduğu üçün bu zamansızlıq faciəsi dövründə anlamışam: hakimiyyət üğrunda ən kəskin dava getsə də, mən hərbi and içdiyim Vətənin yanında olmalıyam. Vətəndən başqa andı yoxdur ZABİTİN. 

ƏSLA ANDIM SON NƏFƏSİMƏ, SON DAMLA QANIMATƏK AZƏRBAYCANADIR...

1992-ci ilın mayında AXC hakimiyyəti ələ aldı. 6500 hərbi hissənin komandiri idim. Ətrafda baş verən şüvənə lal-kar olub zabit işimi görürdüm. Xidməti vəzifələrlə yanaşı, Azərbaycanı qoruya biləcək, düşmənlə şavaşa biləcək əsgər hazırlayırdım. Günüm atəş məntəqəsində, taktiki məşqələlərdə keçirdi. Mayın sonları olardı, gecə atəşindəydim. Hissə növbətçisi rabitə ilə təcili hissəyə qayıtmağımı bildirdi. Təcili nazir çağırırdı. Elə səhra geyimində gəldim nazirliyə. Nazirlik Peterburqun Qış Sarayına bənzəyirdi. Əli silahlı "krutoy" şəxslər var-gəl edirdilər. Əsas qapıdan girəndə bir bığı əndazədən çıxmış inqilabçı poqonlarımdakı sovet ulduzlarını isteza ilə süzüb çığırdı:
- Əəəəə, sizinki qurtardı eeee...
- Məni nazir cağırıb,- çıxışını kəsdim.
Qalxdım qəbul otağına. Əvvəllər, nazirlikdə xidmət edəndə İsgəndər Həmidovla ayaq üstü kəskin mübahisəm olduğu üçün bu dəvətdən yaxşı heç bir şey gözləmirdim.
Keçdim içəri. Nazir diqqətlə mənə baxıb, stol arxasından çıxıb görüşdü. Kabinetdə daha üç nəfər var idi: nazir müavini Mənmədağa Cəfərov və iki qaşlarını bığlarına sıxmış mülki şəxs. Onlar mənə gülünc qəzəblə baxırdılar.
- Bəy, hərbi hissədə vəziyyət?- soruşdu nazir.
- Gündəlik vəzifələri icra edirik.
Nazirın təmkinli davranışı heç xoşlarına gəlmədi bığlı şəxslərin.
- Əəə İsgəndər, bunu kefin soruşmağa çağırmısan bura!?- biri hirslə qalxdı ayağa.
- Əəə otur aşağa! Qoy işimizi görək! Nədi güllələməliyəm onu!?- özündən çıxdı nazir.
Bığlı oturdu, hirslə siqaretin qoydu damağına, başladı alışqanını zorlamağa. Qazı qurtarmışdı.
- Teymurov, şəhərdə vəziyyət gərgindir. Təxribat təhlükəsi var. Nə qədər əsgər verərsən patrul xidmətinə?- nazir təmkinini bərpa etdi.
- Cənab nazir, bir nəfər də olsun əsgər verə bilmərəm.
Bığlı yenə sıçradı yerindən:
- Əəə İsgəndər! Əəə, bu sənnən nətər danışır!? Əəə, sən görmürsən, bu kimdı?! Əəə, bu elə urusun bir nömrəli agentidir!
Dərhal ona tərəf çöndüm. Məmmədağa müəllim gözləri ilə baş qoşmamağıma işarə etdi.
Hazirin bu dəfə səbri tükəndi:
- Əəə dur bas bayıra! Qoy işimizi görək!
Sakitləşib, yenidən məndən soruşdu: 
- Adam verə bilmirsən? Niyə?
- Cənab nazir, şəxsi heyət iki növbə ilə kolonların mühafizəsindədir. Hər bir əsgər. 
- Hə, bunu əvvəldən belə de də. 
Stolunun üstündəki qovluğu açdı. Mənim şəxsi işim idi.
- Teymurov, baxıram bura, sən bizim nazirlikdə yeganə hərbi akademiya qutarmış adamsan. Səni təyin edirəm Daxili Qoşunlara Komandan. Bilirsən də general Ağayev Mütəllibovnan bir yerdə aradan çıxdı.
Selektoru qoşub kadr idarəsinin rəisi Mehman Kərimova göstəriş verdi: sabah 11.00-da Teymurovun əmri hazır olsun.
- Cənab nazir. Mən o vəzifənin öhdəsindən gələ bilmərəm. Alay komandiriyəm. Komandan müavinləri vəzifəsini keçməmişəm.
- Elə şeylər sovetdə idi. General-leytenant vəzifəsidi. Başqası sevinməkdən ölmüşdü indi.
Nazirlikdən çıxdım. Maşına minəndə sürücü qəribə dəydi gözümə. Baxdım papağında ulduz yoxdur.
- Ulduzun hanı?
- Bunlar qopartdı,- işərə etdi nazirliyin qarşısında qaynaşan kütləyə.
- İndi ulduzun yerinə nə taxacaqsan?
- Nə bilim vallah.
- Gül vurarsan. Hələlik.
Ulduzsuz, nişanəsiz bir zamansızlıq yaşaqıq...

Miq.Az



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az