Vətəninfo.Az-ın əməkdaşı mükafatlandırıldı – FOTO

Vətəninfo.Az-ın əməkdaşı mükafatlandırıldı – FOTO
22 iyul Azərbaycanda Milli Mətbuat və Jurnalistika günü kimi qeyd edilir. Azərbaycan mətbuatının banisi olan Həsən Bəy Zərdabi böyük çətinliklərdən sonra Bakıda ana dilində "Əkinçi” qazetinin nəşr edilməsi üçün icazə almışdı. Bu qazetin ilk nömrəsi 1875-ci il iyulun 22-də çapdan çıxmışdı.
 
 
"Əkinçi” qazetinin nəşri bütün Qafqazda əks-səda doğurmuşdu. 1875-77 ci illər ərzində fəaliyyət göstərmiş, qazetin 56 nömrəsi işıq üzü görmüşdü. "Əkinçi” qazeti xalqımızın milli oyanışında, milli birliyin möhkəmlənməsində böyük rol oynamışdır. Azərbaycan öz müstəqilliyini bərpa etdikdən sonra bir çox milli mənəvi dəyərlərə qayıdış, mətbuat sahəsində də özünü göstərdi.
Bu gün ölkəmizdə yüzlərlə mətbu orqan, qazet və jurnal fəaliyyət göstərir. Azərbaycan Respublikası prezidentinin sərəncamı ilə "Əkinçi” qazetinin nəşrə başladığı gün 22 iyul Milli Mətbuat və Jurnalistika günü kimi qeyd olunmağa başladı. 
 
Bununla bağlı tədbirlər hələ də davam etməkdədir. Mətbuatda sözünü deyən vicdanlı qələm sahibləri diplom və mükafatlara laiq görülüblər. Bu sevincdən bizədə pay düşür. Belə ki, Vətəninfo.Az saytı "III Sektor İctimai Birliyi”nin təltif etdiyi jurnalistika sahəsində göstərdiyi xidmətlərə görə, əməkdaşımız Mətanət Şamilqızını "Mətbuatın Dostu” müstəqil milli mükafata layiq görülmüşdür. Bu münasibətlə bütün həmkarlarımızı ürəkdən təbrik edir, bütün qələm sahiblərinə uğurlar arzulayırıq. Bayramınız mübarək, gözəl dostlarımız! Həmişə var olun!



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az