Deputatlardan erməni baş redaktora etiraz - “Dərhal dayanmalıdır”
Erməni əsilli jurnalist Marqarita Simonyanın baş redaktoru
olduğu Rusiyanın "Rossiya seqodnya” beynəlxalq informasiya agentliyinin
tərkibinə daxil olan "Sputnik” radiosunun Bakıda fəaliyyətə başlaması
ictimaiyyət tərəfindən birmənalı qarşılanmır. Artıq Milli Televiziya və
Radio Şurasının (MTRŞ) sədri Nuşirəvan Məhərrəmli də məsələyə münasibət
bildirib. O, bildirib ki, MTRŞ başında erməninin durduğu radionun
Azərbaycan ərazisində fəaliyyətinə icazə verə bilməz.
Fazil
Mustafa radionun Azərbaycanda yayımlanmasını düşünülmüş addım hesab
edir. O qeyd edir ki, ermənilərin belə bir siyasət izləməsi birinci dəfə
deyil: "İlkin olaraq hesab edilə bilər ki, radio obyektiv
informasiya verir. Amma istənilən an özlərinə lazım olan informasiyaları
təxribat məqsədilə ictimaiyyətə təbliğ edə bilərlər. Bu məsələyə normal
yanaşmıram. Hesab edirəm ki, əməkdaşlıq məsələlərində bir daha
düşünməliyik və belə məsələlərdə məsafə qoymaq lazımdır. Çünki bu
obyektiv informasiya yayılmasına xidmət edən bir siyasət deyil.
Ermənilərin mövqeyi bəllidir. Onların istənilən vaxt informasiyanı
təhrif etmə imkanları var”.
Fəzail Ağamalı qeyd edib ki, burada kifayət qədər narahat olmaq üçün əsaslar var: "Erməni
harada olmağından asılı olmayaraq genetik kodlarını özündə daşıyır. Biz
ötən illərdə də gördük ki, onlar indiki terror rejimin, cinayətkar
dəstənin yanında olublar. Əllərinə silah alaraq Xocalı soyqırımını
törətməkdən başlamış informasiya müharibəsinə qədər hər zaman
Ermənistanın yanında olublar. Belə bir fakt yoxdur ki, hər hansı ölkədə
yaşayan erməni Ermənistanın təcavüzkarlığını, həm də Xocalı soyqırımını
ifşa edən fikirlər bildirsin. Ona görə də bu cür radionun Azərbaycanda
yayımlanması çox təhlükəlidir. Bilmirəm, bunun yayımına kim icazə verib.
Ümidvaram ki, icazə verən kimdisə, bu qərarına yenidən baxacaq. Həmin
radionun Azərbaycanda yayımına qadağa qoyulmalıdır”.
İqbal
Ağazadə həmin radionun Azərbaycanda yayılmasını "Radio və televiziya
verilişləri haqqında” qanuna zidd olduğunu vurğulayıb: "Bilirsiniz
ki, Azərbaycan ərazisində bu tipli radiolar və televiziylar artıq
fəaliyyət göstərmirdi. Bu məsələnin hüquqi tərəfidir. Digər tərəfdən
isə, Rusiyanın nəzarətində olan, dübarə erməni baş redaktoru olan bir
radionun Azərbaycanda yayımlanmasının müsbət heç bir tərəfi yoxdur. Bu
faktiki olaraq gələcəkdə Azərbaycana çox böyük ziyanlar vuracaq. İndiki
halda bəlkə təbliğatlar zəif gedə bilər. Amma bir balaca imkan tapan
kimi bu məsələlərdə ölkəni qarışdırmaq, xaos yaratmaq, yaxud da
Rusiyanın təbliğatını aparmaq üçün istifadə edəcəklər. Radio dərhal
fəaliyyətini dayandırmalıdır. Demokratik dəyərlərə söykənməyən bir
ölkənin Azərbaycanda bu tipli bir radionu açmasının məqsədləri hər kəsə
bəllidir. Bu Azərbaycanda Rusiya düşüncəsini və mövqelərini
gücləndirməkdən başqa bir şey deyil. Mən bunu heç bunun erməni tərəfinə
nəzər yetirmədən deyirəm. Bu birbaşa Rusiyanın kanalı olduğu üçün burada
yayımlanmamalıdır”.
Zahid Orucun sözlərinə
görə, Rusiya MDB məkanı ölkələri ilə münasibətlərini yaxşılaşdırmaq,
vahid informasiya məkanını formalaşdırmaq, ölkələrə daha geniş müstəvi
tanıyaraq onların Rusiyaya çıxması təmin etmək üçün belə bir layihə
irəli sürüb: "Marqarita Simonyan bir sıra kanallarda layihələri ilə
tanınırdı. Bu insanlar Rusiyanın mərkəzi hakimiyyətindən yön alaraq
istiqamətləndirilən, həmin proqramlara nəzarət edən insanlardır. Erməni
kimliyi məsələsinin Azərbaycan cəmiyyətində bundan sonrakı illərdə də
həssaslıqla qarşılanmasını hər kəs başa düşməlidir. Azərbaycan
torpaqları nə qədər ki işğal altındadır, vətəndaşlarımız ermənilərin
iştirak etdiyi layihəyə spektik yanaşacaqlar.
Amma
eyni zamanda Azərbaycanın öz xəbərlərini, yürütdüyü siyasəti Rusiya
məkanında təbliğ etməyə çox ciddi ehtiyac var. Bizim rusdilli
politoqların əksəriyyəti Rusiyada aktiv deyillər. Rusiya
telekanallarında erməni mənşəli şəxslər çoxdur. Onlar Kremldən
yönləndirilmədən sadəcə milli mənşələri ilə bağlı məsələlərdə fəal mövqe
sərgiləyirlər. Bizim politoloqların Rusiyada çıxış etmək imkanı
yoxdursa, ölkədə bu formatda yaradılmış radioların imkanlarından
faydalanmaq lazımdır. Nəzərə alaq ki, 1990-cı illərdə Azərbaycan
informasiya izolyasından çox əziyyət çəkib. Qərbin burada fəaliyyət
göstərən kanalları fonunda, Rusiyanın burdakı kanalının fəaliyyətini
şovinizmdə, işğalçılıqda günahlandırmaq düzgün olmazdı. Bizim
resurslarımız olmalıdır. Bu halda Marqarita Simonyanın kimliyi yalnız
onun öz ziyanına olacaq. Amma ola bilsin ki, Azərbaycanın etirazları
fonunda radio ilə bağlı hər hansı məsələ dəyişə bilər”.
Siyavuş Novruzov isə məsələdən xəbərdar olmadığını bildirib.