Vətənpərvərlik düşüncəsinə qisa baxış

Vətənpərvərlik düşüncəsinə qisa baxış

İlk öncə qeyd edək ki, vətənpərvərlikmahiyyəti vətənə məhəbbət və öz şəxsi maraqlarını vətən yolunda qurban verməyə əsaslanan emosional bağlılıqdır. Bu bağlılıq həm də özünün mənsub olduğun millətin etnik, mədəni, siyasi və tarixi xüsusiyyətlərinə arxalanan milli hissiyyat və ya milli qürür kimi də hallanır. Burada vətəninin xarakterini və mədəni incilərini qorumaq və özünü bu keyfiyyətlərlə millətin başqa üzvləri ilə tanımaq, vətənin və öz xalqının marağını qorumaq da vətənpərvərlik keyfiyyətlərinə aiddir. Millətin və dövlətçiliyin formalaşması şəraitində vətənpərvərlik onun inkişafının ümumimilli anlarını əks etdirən ictimai düşüncənin tərkib hissəsinə çevrilir.

Torpaqlarımızın bir hissəsinin düşmən işğalı altında olması, eyni zamanda ölkəmizin yerləşdiyi tarixi,siyasi,coğrafi mövqeyi daim bizdən daha yüksək hərbi vətənpərvər əhval ruhiyyə olmamızı tələb edir.

Bu gün gənclərimiz dövlət müstəqilliyimizin əldə olunmasında öz sözlərini dedikləri kimi, müstəqilliyimizin qorunmasında, inkişaf etməsində yaxından iştirak etməlidirlər, çünki hər bir gənc yaşadığı coğrafi məkandan asılı olmayaraq, öz vətənini, Azərbaycanı təmsil edir, xalqımızın mənəviyyatının daşıyıcısı, onun simasıdır. Gənclərimizin qarşısında duran başlıca vəzifələrdən birixalqımızın azadlığı, torpaqlarımızın bütövlüyü uğrunda cəbhələrdə göstərdikləri qəhrəmanlıqları kimi elmdə, istehsalatda, təhsildə də fədakarlıq göstərməli və yüksəkixtisaslı mütəxəssislər kimi yetişməlidirlər.

Milli ideologiya konsepsiyası çərçivəsində gəncləri birinci növbədə, Azərbaycanın müstəqilliyi prinsiplərinə sadiqlik, vətənpərvər ruhunda tərbiyə etmək lazımdır. Gənclərin təhsili, tərbiyəsi məhz bu istiqamətdə aparılmalıdır.Gənclərin tərbiyə edilməsində eyni zamanda ümumbəşəri dəyərlərdən geniş istifadə olunmalıdır. Milli mənəvi və ümumbəşəri dəyərlərin hamısı birlikdə bütün vətəndaşlarımızın və xüsusən gənclərimizin mənəvi kodeksini təşkil edir. Bir çox ölkədə orduda xidmət etmək gəncin vətəndaşlıq borcudur. Ancaq Azərbaycan övladının borcu başqa ölkələrin gənclərinə nisbətən bir neçə qat artıqdır, çünki torraqlarımız düşmən tərəfindən işğal edilib, ölkəmizin ərazi bütövlüyünə təcavüz olunub, xalqımızın min illər boyu yaratdığı, yaşatdığı və zənginləşdirdiyi dəyərlər saxtalaşdırılıb, özününküləşdirilib, talan edilib, dağıdılıb. Xəyanətkarlıqla gerçəkləşdirilən bu vandalizmin nəticələrini aradan qaldırmaq, onu bərpa etmək də gənclərin öhdəsinə düşür. Bu baxımdan cəmiyyətimizdə, xüsusən gənclər arasında hərbi xidmətə hörmət və diqqət daim yüksək səviyyədə olmalı, hər bir gəncin orduya xidmətə getməsi onun ailəsində bayrama çevrilməlidir. Cəmiyyətimizin bütün nümayəndələri əsgərlərimizə,hərbi qulluqçularımıza xüsusi hörmət və ehtiramla yanaşmalıdırlar. Onlara göstərilən yüksək hörmət və ehtiram gənclərimizin vətənpərvərlik ruhunda tərbiyələnməsinə çox müsbət təsir göstərər.

Gənclər bilməlidirlər ki, hər bir azərbaycanlının vətəndaşlıq borcu, vəzifəsi respublikamızın dövlət müstəqilliyini qoruyub saxlamaq, Azərbaycanı azad, müstəqil dövlət kimi inkişaf etdirmək, Azərbaycan elmini, mədəniyyətini yüksəklərə qaldırmaq, Vətənin şan-şöhrətini dünyaya tanıtmaq, dünya birliyində layiqli yer tutması üçün xidmətlər göstərməkdir.

 

 

Ümid Abuzərli

YAP Gənclər Birliyi ofisinin koordinatoru



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az