Vətənpərvərliyin səs emblemi

Vətənpərvərliyin səs emblemi

Oxu, uca vətən eşqi dağlasın sinəmizi....  

və ya         

Vətənpərvərliyin səs emblemi 

Şəmistan Əlizamanlıya kiçik yaşlarımdan bələdəm. Bələdən və məftunam. Onda dədə-babaların ab-havası var. Bir söznən ağır kişidir Şəmistan. Onun meydanında və məclisində mən -“məndən içəri mən” oluram. Vüqarlı şəxsiyyəti ilə bir Qarapapaq Türkü kimi qürur duymuşam. Mahnıları ürəyimi dağa döndərir. Vətənin, millətin tarixinə, dərdlərinə qaynayıb-qarışdırır məni. Vətənin taleyini öz taleyim kimi hiss edirəm. Mənə görə insan üçün bundan böyük səadət yoxdur. 

Ruhu şad olsun. Hamımız mürşüdümüz Elçi Bəyə heyranlıqla baxırdıq. Adicə gerdə-geriyə bəyi görmək  günlərlə bizi yaşadırdı. İçimizi böyüdürdü. Ancaq bir dəfə öz gözlərimlə gördüm Bəyin Şəmistan bəyi necə böyük  bir sevgi ilə heyran-heyran süzməyini. Bəxtəvərlikdir vallah.

Bu gün   Anya da, Sonya da  papulyarlıqda Şəmistan Əlizamanlı olmaq üçün Vətəndən, millətdən oxuyur. Ancaq Şəmisatan bəy özü olanda Vətəndən- millətdən oxuyur. Vətəndən- millətdən oxuyanda özü olur.

Mən Şəmistab bəyi şəxsiyyət kimi daha  çox sevirəm. Bu həqiqətin  üstündə xüsusi durmaq istəyirəm. Çünkü Şəmistan Əlizamanlının  o böyük  ruhu , o möhtəşəm şəxsiyyəti , dərin idrakı  uca millətimizin xidmətində durur deyə onun səsi də millətin xidmətindədir. 

Şəmistan Əlizamanlının mahnıları onun ürəyinin və ömrünün şəklidir. Onun ömründən barıt qoxusu gəlir.

Şəmistanın bəyin mahnıları hələ də öz qiymətini almayıb. Bir gavor əsiri deyirmiş ki, kamandirimiz onun Səsindən elə vahimələndi ki, gələn səsi susdurmaq  üçün beçərə radiyoya 8 güllə sıxdı. Bəzən mənə elə gəlir ki,  Şəmistan Əlizamanlı elə günü bu gün də düşmən üçün vahiməli  həmən o səsinin , Türkçülüyünün, Vətənpərvərliyinin, şəxsiyyətinin, kişiliyinin cəzasını çəkir.

Nədənsə axır vaxtlar böyük Atatürkün bir şüarına köklənmişəm:”Hər şey Vətən üçün”. Mən o adamı sevirəm ki, o məni irəli apara bilsin. Vətəni, milləti irəli apara bilsin. Sən həmən o dediyim insanlardansan Şəmistan bəy. Fevralın dördündə  54 yaşıyın tamam olduğunu şərikli könül dostumuz Ehtiramdan eşidib inanmadım. Sənin gerçək yaşın əsgər yaşıdır. Dünən də bu gün də sabah da. İgid əsgər möhkəm dayan.

Ulu və saf sevgi ilə Həmid ORMANLI

[email protected]/* */

PS1: Yazıya ehtiyat başlıq:   

“Əbədi yaşamaq haqqı...və ya  Vətəni böyüdəni kiçiltmək olmur”

PS2: Yazı da olur ki, bircə  cümlə başlıq yazmaq da müşkülə çevrilir.

Məhz təkcə buna görə demək olar ki, Şəmistanın yolu adi yol deyil. Ərənlər yoludur! Aşiqlər yoludur! Bu yolda qan var, qada var, qəza var. Barıt qoxusu var. Yolun uğurlu , qəzan mübarək olsun Şəmistan bəy.

PS3: Şuşaya, Təbrizə üç rəngli aylı ulduzlu mübarək bayrağımızı taxacaq olan-mütləq taxacaq olan əsgərin çantasından dəqiq çıxacağına inandığım üç şey var: Bəyin şəkli, Şəmistanın kaseti və Akif Səmədin kitabı.

PS4: Dostumuz Ehtiram İlhamın sevinci yerə-göyə sığmırdı ha. Deyir ki, mənim qızım Zuzuynan(Zeynəb) oğlum Atilay da Şəmistan əmiləri ilə bir ayda –fevralda doğulublar. Mübarək olsun.



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az