"Veteran pulu" artırılır? - Nazirdən AÇIQLAMA



Pensiya və əməkhaqqı artacaq - Sahil Babayevdən AÇIQLAMA
Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən növbəti ildə həyata keçiriləcək yeni sosial paket çərçivəsində minimum əməkhaqqı və pensiyalar artırılacaq.

Miq.az xəbər verir ki, bunu əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev COP29 çərçivəsində jurnalistlərə açıqlamasında deyib.

"Bununla bağlı təkliflər hazırlanıb. Müvafiq dövlət büdcəsində nəzərə alınıb. Dövlət büdcəsinin yekununda sonra elan ediləcək”, – nazir vurğulayıb.

Xatırladaq ki, daha əvvəl S. Babayev məşğulluğun qarşısında duran ən böyük çağırışlardan danışmışdı./Report

 

 

***

 

 

Əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev veteran pulunun artırılıb - artırılmayacağı ilə bağlı məsələyə aydınlıq gətirib.


 


S.Babayev jurnalistlərə açıqlamasında bildirib ki, sosial paket müzakirədədir:


 


"Müzakirə bitmədən onun tərkib hissəsi barədə məlumat düzgün olmaz. Proses yekunlaşdıqdan sonra o barədə məlumat veriləcək”.



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az