Vətəninfo.az xəbər verir ki, Mərkəzi Bankın İdarə Heyətinin 21 fevral 2015-ci il tarixli qərarı ilə manatın məzənnəsinin ABŞ dollarına nisbətən aşağı düşməsi Veysəloğlu Şirkətinin distribyuterlik etdiyi məhsullarında süni qiymət artımına səbəb olmayacaq. Şirkətin əsas fəaliyyəti idxal üzərində qurulduğundan ABŞ dollarının məzənnəsinin artması şirkət üçün də təsirsiz ötməyəcək. Lakin, bu gün hər hansı bir süni qiymət artımından söhbət gedə bilməz.
Şirkət distribyuterlik etdiyi məhsulları bu gün də köhnə qiymətlərlə topdan və pərakəndə satış mərkəzlərinə təqdim etməkdədir. Qiymətlərdə baş verə biləcək hər hansı dəyişikliklər şirkətin kommersiya fəaliyyəti ilə bağlı olan cari prosseslərdir. Hazırda isə heç bir qiymət artımı yoxdur və planlaşdırılmır.
Bu gün ictimaiyyətdə Veysəloğlu şirkəti tərəfindən topdan və pərakəndə satış mərkəzlərinə təqdim olunan məhsullarda qiymət atımının müşahidə edilməsi ilə bağlı həqiqətə uyğun olmayan məlumatlar yer almaqdadır.
Pərakəndə və topdan satış mərkəzləri o zaman qiymətləri artıra bilər ki, Veysəloğlu Şirkəti təqdim etdiyi məhsulların qiymətini artırsın. Bu istiqamətdə isə Şirkət rəhbərliyi tərəfindən heç bir qərar qəbul edilməyib. Veysəloğlu Şirkəti olaraq topdansatış və pərakəndə satış mərkəzlərinin diqqətinə çatdırırıq ki, bu kimi hallar ilə rastlaşdıqda Şirkətdə yaradılmış qaynar xətt: 050 254 54 29 vasitəsilə əlaqə saxlayaraq məlumat versinlər.
Çingiz Abdullayevdən Polad Bülbüloğluna dəstək — FOTO
Aqrar sektoru və kadr potensialını birləşdirən məkan – Dövlət Aqrar Universiteti
Xətai rayon Məhkəməsinin hakimi Əminə Abbasovanın ədalətsiz qərarı QOHUMLUQ ƏLAQƏLƏRİNİN hüquq üzərindəki "qələbəsidiir"-ŞİKAYƏTÇİ
“Həcərin, Nigarın, Əslinin bu xalqa heç bir dəxli yoxdur, üçü də…” – Cəlaloğludan şok
Kəmalə Ağazadədən İqbal Ağazadəyə cavab
İranın AzTV qərarının görünməyən tərəfi – Ölkədə həbslər ola bilər
Deputat: “Xaricdə mühacirlərlə görüşməyimizdə hər hansı problem yoxdur, çünki deməyə sözümüz var”
İcra başçıcı Leyla Əliyevanın açılışını etdiyi parkı satıb? -GECƏLƏR AĞACLAR KƏSİLİR
Deputat: “İran tərəfi bilməlidir və bilir ki, Azərbaycan Televiziyası dövlət kanalıdır, dövlətimizi təmsil edir”
Məmməd Musayev əlbir olduğu sahibkarlarla birgə HƏBS EDİLDİ