“Vəziyyət həmişəki kimidir. Sağ-salamatam"

“Vəziyyət həmişəki kimidir. Sağ-salamatam"

Dilqəm Əsgərov və Şahbaz Quliyev yaxınlarına məktub yollayıb

Ermənilərin əlində saxlanılan azərbaycanlı girov Dilqəm Əsgərov qardaşına məktub ünvanlayıb. Bu barədə onun qardaşı Sahib Əsgərov ANS PRESS-ə bildirib. Onun sözlərinə görə, Dilqəm məktubunda sağ-salamat olduğunu yazıb.
“Vəziyyət həmişəki kimidir. Sağ-salamatam. Elə bir problemim yoxdur. Arada Beynəlxalq Qızıl Xaç Komitəsinin əməkdaşları əməkdaşları mənə baş çəkirlər”, - deyə Dilqəm Əsgərov qardaşına məktubunda yazıb.
Dilqəm Əsgərovun sözlərinə görə, bircə arzusu var ki, qardaşını ayaq üstündə canlı görsün: “Mən dövlətimə, prezidentimə və xalqımıza inanıram. İnanıram ki, dövlətimiz qardaşımın gətirilməsi üçün lazımı tədbirlər görəcək”.
Dilqəm Əsgərovun oğlu Kürdoğlu Əsgərov da atasının tezliklə qayıdacağına inandığını deyib: “Azərbaycan dövləti heç zaman atamın düşmən əlində qalmasına imkan verməyəcək. İnanıram ki, atam tezliklə qaytarılacaq”.
Şahbaz Quliyev də evlərinə məktub yollayıb. Onun əmisi oğlu Natiq Quliyev ANS PRESS-ə açıqlamasında bildirib ki, Ş.Quliyev məktubunda hər şeyin yaxşı olduğunu yazıb. O, heç bir təzyiqə məruz qalmadığını bildirib.
“Biz ancaq Azərbaycan dövlətinə ümid edirik. Beynəlxalq Qızıl Xaç Komitəsinə heç bir inamımız yoxdur. Dövlət rəhbərimiz hər şeyi yoluna qoyacaq”, - deyə Natiq Quliyev bildirib.
Xatırladaq ki, ötən ilin iyul ayında Rusiya vətəndaşı Dilqəm Əsgərov və Azərbaycan vətəndaşı Şahbaz Quliyev Kəlbəcərdə öz ata-baba yurdlarını ziyarət etmək istəyərkən Ermənistan əsgərləri tərəfindən girov götürülüblər. Separatçı Dağlıq Qarabağ rejiminin “məhkəməsi” dekabrın 19-da D.Əsgərovun ömürlük, Ş.Quliyevin isə 22 il müddətinə azadlıq məhrum edilməsi barədə “hökm” çıxarıb.



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az