Vilayət Eyvazov millət vəkilinin övladına yüksək vəzifə verdi - TƏYİNAT

Vilayət Eyvazov millət vəkilinin övladına yüksək vəzifə verdi - TƏYİNAT

Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazovun əmri ilə polis polkovniki Elsevər Mirzəyev DİN Baş Kadrlar İdarəsinin rəis müavini vəzifəsinə təyin edilib.

Fotoda: Milli Qəhrəman Şirin Mirzəyev (ortada)

Xatırladaq ki, Elsevər Mirzəyev Qarabağ döyüşlərində ilk nizami özünümüdafiə batalyonunu – Ağdam taborunu qurmuş əfsanəvi döyüşçü-komandir, şəhid Milli Qəhrəmanımız Şirin Mirzəyevin oğludur.  

Elsevər Mirzəyevin anası Flora Qasımova isə 122 saylı Xankəndi Seçki Dairəsindən seçilmiş millət vəkilidir.

Moderator.az eyni zamanda qədirbilənlik edərək Şəhid Milli Qəhrəmanın və dəyərli millət vəkilinin övladına bu cür yüksək etimad göstərdiyinə görə hörmətli nazirə minnətdarlıq edir. 

Moderator.az-ın qeydi: Saytın əməkdaşı millət vəkili Flora xanımla əlaqə saxlayaraq övladının yüksək posta təyin olunması münasibətilə təbrik edərkən bəlli olub ki, bu təyinat 1 ay əvvəl gerçəkləşib. İstənilən halda bir daha millət vəkilini təbrik edirik, gecikmiş olsa belə...

Miq.Az



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az