Vilayət Eyvazov polis rəisinin müavinini İŞDƏN ÇIXARDI

Vilayət Eyvazov polis rəisinin müavinini İŞDƏN ÇIXARDI

Sumqayıt Şəhər Polis İdarəsinin (ŞPİ) rəis müavini işdən çıxarılıb.

Miq.Az "Report"a istinadən xəbər verir ki, ŞPİ-nin rəis müavini, polis polkovnik-leytenantı Hüseyn Süleyman oğlu Həsənov vəzifəsindən azad edilib. Bu barədə Daxili İşlər naziri general-polkovnik Vilayət Eyvazov müvafiq əmr imzalayıb.

Qeyd edək ki, H.Həsənov 2019-cu ildə bu vəzifəyə təyin edilmişdi. Onun yerinə hələlik təyinat olmayıb.

Miq.Az


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az