Vitali Balasanyan azərbaycanlı olmaq istəyir

Vitali Balasanyan azərbaycanlı olmaq istəyir
Qarabağ separatçılarının keçmiş "təhlükəsizlik şurasının katibi” Vitali Balasanyan Qarabağı tərk etmək niyyətində deyil.

 

Bu barədə o, erməni mətbuatına danışıb.

 

"Mən 1959-cu il martın 5-də səhər saat 08:00-da Qarabağda anadan olmuşam. Hələ də burada yaşayıram və burada yaşamağa davam edəcəm”, - deyə Balasanyan bildirib.

 

Azərbaycanın Qarabağ bölgəsini tərk edən hərbçilərə, keçmiş məmurlara və sadə vətəndaşlara gəlincə, Balasanyan bunları əlavə edib: "İndi bu barədə danışmayaq, qoy hər kəs özü qərar versin. Hər kəs harada yaşayacağına özü qərar verir”.

 

Olke.az


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az