VOMA-dan Azərbaycanla bağlı təxribatçı ÇAĞIRIŞ

VOMA-dan Azərbaycanla bağlı təxribatçı ÇAĞIRIŞ
Ermənistanın VOMA terror təşkilatı Azərbaycana qarşı yeni təxribatlar törətməyə hazırlaşır.

 

Modern.az xəbər verir ki, qanunsuz təşkilat sosial şəbəkə vasitəsilə erməniləri Azərbaycana qarşı mübarizə aparmaq məqsədilə təlimlərə çağırıb.

 

Təxribatçı çağırış "Facebook” üzərindən paylaşılıb.

 

VOMA-çıların çağırışında ermənilərin hər an müharibəyə hazır olmaları qeyd olunub. Bildirilib ki, ermənilər Azərbaycanla sülh danışıqlarına yox, müharibəyə hazırlaşmalıdırlar. İddialara görə, məsələlər danışıqlarla yox, silahla həll olunacaq.

 

Bu cür absurd və təxribatçı çağırışlara Ermənistan rəsmiləri hər hansı reaksiya verməyiblər.


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az