2015-ci il avqust ayının 25-də ‘Meydan TV’-nin veb-səhifəsində rus
dilində ‘Таинственная компания за короткий срок выиграла более 120
тендеров’ ("Gizli Şirkət 120-dən artıq tenderə qalib gəlib") sərlövhəli
məqalə çap edilib. Eyni tarixdə eyni məzmun və başlıq altında, amma
məqalənin ingilis dilli versiyası "Organized Crime and Corruption
Reporting Project (OCCRP)" veb-səhifəsində çap olunub. Növbəti gün, eyni
məqalə Azərbaycan dilində bir sıra veb nəşrlərdə təkrarən nəşr olunub,
sosial şəbəkələr vasitəsilə paylaşılıb. Müəllifliyi göstərilməyən,
araşdırmanın düzgün aparılması ilə bağlı məsuliyyətin kimin üzərinə
düşməsi aydın olmayan bu məqalədə "Install Service LLC" şirkətinin
fəaliyyəti ilə bağlı Vüqar Bayramova istinadən bəzi "fikirlər" qeyd
edilir. Elə həmin gün Vüqar Bayramov məqalədə qeyd edilən fikirlərin ona
aid olmadığını və onunla sözügedən mətbu orqanın heç zaman əlaqə
saxlamadığını bildirib.
Vətəninfo.az xəbər verir ki, SİA-nın əməkdaşı bu məsələ barədə Vüqar Bayramov ilə söhbətləşib.
- Vüqar müəllim, OCCRP qrupunun Sizinlə danışmadan, bəzi fikirləri Sizin adınızdan təqdim etməsini necə qiymətləndirmək olar?
- Biliyiniz kimi, sədrlik etdiyim İqtisadi və Sosial İnkişaf Mərkəzi
(İSİM) iqtisadi araşdırmalarla məşğul olan təşkilatdır. Araşdırmaların
aparılması etikası ilə yaxından tanışdır. Fəaliyyətində hər zaman
araşdırma etikasının gözlənilməsinə çalışmışdır. Biz öz
araşdırmalarımızda beynəlxalq agentliklərin materiallarına istinad
edirik və eyni formada qarşılıqlı olaraq beynəlxalq agentliklər də
İSİM-in fəaliyyətini izləyirlər, təşkilatın hazırladığı sosial və
iqtisadi araşdırmalara istinad olunur. Belə olan məqamda İSİM və onun
rəhbəri adından heç bir araşdırma və müsahibə aparılmadan belə bir
məlumatın yayılması, İSİM-in adından sui-istifadədən başqa bir şey
deyil. Gələcəkdə beynəlxalq araşdırma mərkəzləri belə hesabatlara
istinad edə bilərlər və ümumilikdə beynəlxalq ictimaiyyət səhv
məlumatlandırıla bilinər. Məqalədə məsələlərlə şərhverən mənbə qismində
isə İSİM və onun sədrinin adı göstərilir. Biz düşünürük ki, İSİM-lə
bağlı belə insidentlər olmamalıdır.
Məqalədə "Vüqar Bayramov” adı dörd dəfə çəkildiyi halda, təəssüflə qeyd
etməliyəm ki, mənimlə ünsiyyət qurmadan, müsahibə götürmədən və
sözügedən məsələ ilə bağlı fikirlərimi öyrənmədən mənim adımdan şərh
yayımlanıb. Məqalədə adı hallanan şirkətlə bağlı mən nə ‘Organised Crime
and Corruption Reporting Project (OCCRP)’ layihəsinin əməkdaşları, nə
də hər hansısa digər bir mətbu qurumun təmsilçiləri ilə danışmışam. Belə
olan halda, mənə ardıcıl olaraq istinadlar olunur. Bu bizim adımızdan
sui-istifadədir və İSİM bu cür hallara qarşı mübarizə aparmaq
niyyətindədir.
- Ümumiyyətlə, sözügedən araşdırma ilə bağlı fikriniz necədir?
- Sözügedən şəbəkənin Azərbaycanla bağlı öncələr də "araşdımaları”
olub. Bu insident real durumu və marağı ortalığa qoydu. Məqalədə mənə
aid sitat kimi təqdim edilən fikir və cümlələr jurnalist təxəyyülü
məhsulundan başqa bir şey deyil. Mənimlə əlaqə saxlanılmayıb, mövzu ilə
bağlı fikrim öyrənilməyib. Məqalənin daxilində heç bir istinad görmədik.
Belə olan halda, jurnalist-araşdırmaçı öz təxəyyülünün gücünə qüvvət
verərək, İSİM və onun rəhbəri adından istədiyi məzmunu öz araşdırmasına
əlavə edir, ictimailəşdirir. Araşdırma zamanı edilən belə səhvlər
ümumilikdə "Organized Crime and Corruption Report Project (OCCRP)"
əməkdaşlarının araşdırma aparmaq qabiliyyətlərinin və onların əvvəlki
araşdırmalarının keyfiyyətini ciddi şübhə altına almağa imkan verir.
Bütün bunlardan əlavə, məqalənin orijinal ünvanı kimi göstərilən OCCRP
veb-səhifəsində müəllifin kim olması barəsində heç bir qeyd yoxdur.
Müəllifin olmaması beynəlxalq araşdırma üçün çox ciddi bir qüsurdur.
Jurnalistikanın, xüsusilə də araşdırmaçı-jurnalistikanın əsas
prinsiplərindən biri də şəffaflıqdır. Müəllifin göstərilməməsi bu
prinsipin ciddi olaraq pozulması deməkdir. İctimaiyyət nümayəndəsi
olaraq, biz ifadə edilən fikirlərin kimə məxsus olmasını bilməyə
borcluyuq. Həmçinin məqalənin altında müəllifin adının olması ümumilikdə
bu sirli "araşdırmaçı-jurnalistin” məsuliyyətini artırardı. Həmin qurum
buna ciddi fikir verməli idi. Təkrar edirik, belə səhvlər ümumilikdə bu
təşkilatın bütün araşdırmalarının düzgünlüyünü və dəqiqliyini şübhə
altına alır. Belə "araşdırmalar” nəticəsində əldə edilən "faktlara” necə
inanmaq olar?
Bütün bunlar İSİM-in imicindən istifadə etməklə araşdırmalara
legitimlik qazandırmaq və onlara inam yaratmaq cəhdidir. Bu onun
göstəricisidir ki, araşdırma faktları səhvdir və onların yenidən
yoxlanılmasına çox ciddi ehtiyac var. Hətta belə araşdırmanı son məqalə
ilə məhdudlaşdırmaq lazım deyil. Bizdə çox ciddi şübhə var ki, belə
nöqsanlar təşkilatın digər araşdırmalarında da mövcuddur, etik araşdırma
prinsipləri dəfələrlə pozulmuşdur. Belə olan halda, qrupun adının
hallandığı, müəllifi kimi təqdim olunduğu digər araşdırmalara da inam
etmək olmaz.
- Bundan sonrakı gözləntiləriniz nədən ibarətdir, səhvin necə aradan qaldırılmasını gözləyirsiniz?
- İSİM öz fəaliyyətini ictimaiyyət üçün açıq olmaq prinsipi əsasında
qurur. Bu məqsədlə də biz daim jurnalistlərlə ünsiyyətimizi ümumilikdə
cəmiyyətin iqtisadi və sosial proseslərdən xəbərdar olması, mərkəzin
fəaliyyəti barəsində mütəmadi olaraq düzgün xəbər almaları üzərində
qururuq. Bu səbəbdən də jurnalistlərlə sıx təmasda olan, mətbuat
nümayəndələri üçün daim açıq olan mərkəz bu halı Etik Jurnalistika
Prinsiplərinin və Araşdırmaçı Prinsiplərinin kobud pozulması kimi
qiymətləndirir. Bu çox ciddi məqamdır və bu hal jurnalistikanın bəzi
nümayəndələrinin öz peşə borclarını düzgün icra etməməsi və cəmiyyəti
səhv məlumatlandırmalarının göstəricisidir. Bu nöqsan aradan
qaldırılmalıdır. Araşdırmaçı-jurnalist öz araşdırmaları zamanı faktları
yoxlamalı və yenidən yoxlanılmalıdır. Belə məqalənin ərsəyə gəlməsində
cavabdeh olan digər məsul şəxslər də bu məqamların yenidən
yoxlanılmasında iştirak etməlidir. Məqalədə istifadə olunan faktlar
mənbələrə əsaslanmalıdır. Yalnız bundan sonra araşdırma-məqalə nəşr
olunmalıdır.
Təəssüf ki, bunların heç birinə əməl olunmayıb. Müsahibə üçün zəng
olunmayıb, məsələ ilə bağlı heç bir münasibət soruşulmayıb. Məqalənin
daxilində isə İSİM və onun rəhbərinin adına ardıcıl istinadlar edilib.
Belə olan halda, araşdırmaçı-jurnalist və bu məqalə nəşr etmiş saytlar
öz səhvlərini qısa zamanda etiraf etməlidirlər. Bu etiraf ictimaiyyət
üçün açıq formada edilməlidir. Etirafın ardınca, heç bir gecikmə olmadan
edilən səhvlər aradan qaldırılmalıdır. Bütün bu proseslər şəffaf
şəkildə, səhvin səbəbləri ictimaiyyət üçün izah edilməklə görülməlidir.
İSİM olaraq, biz məhz bu cür davranış gözləyirik və bu istiqamətdə də
çalışacağıq. Əks halda hüquqi müstəvidə mübarizəmizi davam etdirəcəyik.
Çingiz Abdullayevdən Polad Bülbüloğluna dəstək — FOTO
Aqrar sektoru və kadr potensialını birləşdirən məkan – Dövlət Aqrar Universiteti
Xətai rayon Məhkəməsinin hakimi Əminə Abbasovanın ədalətsiz qərarı QOHUMLUQ ƏLAQƏLƏRİNİN hüquq üzərindəki "qələbəsidiir"-ŞİKAYƏTÇİ
“Həcərin, Nigarın, Əslinin bu xalqa heç bir dəxli yoxdur, üçü də…” – Cəlaloğludan şok
Kəmalə Ağazadədən İqbal Ağazadəyə cavab
İranın AzTV qərarının görünməyən tərəfi – Ölkədə həbslər ola bilər
Deputat: “Xaricdə mühacirlərlə görüşməyimizdə hər hansı problem yoxdur, çünki deməyə sözümüz var”
İcra başçıcı Leyla Əliyevanın açılışını etdiyi parkı satıb? -GECƏLƏR AĞACLAR KƏSİLİR
Deputat: “İran tərəfi bilməlidir və bilir ki, Azərbaycan Televiziyası dövlət kanalıdır, dövlətimizi təmsil edir”
Məmməd Musayev əlbir olduğu sahibkarlarla birgə HƏBS EDİLDİ
Namiq Hacıheydərlisiz təqvim...
Nazim Hikmətin salamını almayan Leventə cavabı
Emil Rasimoğlu: "Xammal olan istənilən mövzu isə cəmiyyətdir, kütlədir"
SU KİMİ ŞƏFFAF ÖMÜRLÜ İNSAN..
Cavid Fərzəli: "Xoşbəxtlik ağ gününə qar olmaqdır..."
Dustaqlara nə deyərdim?
Fəlakətin Əsiri
Ədəbiyyatımızda "GÜLLƏLƏNMİŞ" BAŞ redaktorlar
Yalnız Qürbətdə Vətənin əclaflığını və soydaşların əclafını da sevmək olur!
Utanan həbsxana və ya Aydın Canıyevin yandırılmış fotosu...
Çox qəmə binəsən, gözüm...”– Paşa Talıblı
Paşa Talıblıdan yeni şeirlər: "Cəllad can seyrinə çıxır..."
"Allahın altından yer istəmirəm..."— Paşa Talıblıdan yeni şeirlər
"Şükür, yenə bu nəfəsdə yoruldum..."- Paşa Talıblıdan YENİ ŞEİRLƏR
İlham Əliyev Monqolustan səfirini qəbul etdi
Ramiz Rövşən: SON GÖRÜŞ