“Vurduğum erməni zabitinin oğlu demişdi ki, atamın qisasını alacam…” - “Vur, komandir, vur”un qəhrəmanı…

“Vurduğum erməni zabitinin oğlu demişdi ki, atamın qisasını alacam…” -  “Vur, komandir, vur”un qəhrəmanı…
"İstəyərdim ki, o döyüşlərdə iştirak edim ki, 44 günlük zəfərimizdə mənim də payım olsun. Amma buna baxmayaraq yenə də dəstəyimizi etdik”
 
Bunu Moderator.az-a açıqlamasında 2014-cü il noyabrın 12-də Azərbaycan sərhədini pozan erməni helikopterini vuran və "Vur, komandir, vur!” şüarı ilə məşhurlaşan MAXE İlkin Muradov deyib. İ.Muradov bu gün doğum günündə torpaqlarımızın işğaldan azad edilməsinə görə çox sevindiyini bildirib:
 
"Vətən müharibəsində əldə etdimiz qalibiyyətə xalqımız kimi mən də sevinirəm. Amma bir şeyə üzüldüm ki, mən o döyüşlərdə iştirak edə bilmədim. Fövqəladə Hallar Nazirliyi olaraq bizim əməkdaşlar müharibəyə getdi, amma bizim rayondan ora göndərmədilər. İstəyərdim ki, o döyüşlərdə iştirak edim ki, 44 günlük zəfərimizdə mənim də payım olsun. Amma buna baxmayaraq yenə də dəstəyimizi etdik. Döyüşlərdə şəhidlər verdik, Allah şəhidlərimizi rəhmət eləsin, qazilərimizə can sağlığı versin”. 
 
İ.Muradov ermənilərin ona göndərdiyi mesajdan da danışıb: 
 
"Erməni saytlarında mənə yoldaşlar bir material göstərdilər. Helikopterdə vurduğum zabitlərdən biri var idi, mayor idi, onun oğlu açıqlamasında demişdi ki, atamızın qisasını alacağıq. İndi onların bütün arzuları ürəklərində qaldı, hamısı Qarabağ torpaqlarından qovuldular. İndiyə kimi ermənilərin yadındayam və hələ də məndən danışırlar. 44 günlük Vətən müharibəsi isə onlara əməlli-başlı dərs oldu və izah edildi ki, bu Azərbaycan Ordusudur. Bundan sonra bizim ərazilərə girmək onların heç ağıllarından belə keçməz”.
 
Qeyd edək ki, İ.Muradov 1990-cı il iyunun 21-də Neftçala rayonunda anadan olub. O, bu qəhrəmanlığına görə Müdafiə Nazirliyi tərəfindən "Hərbi xidmətdə fərqlənməyə görə” üçüncü dərəcəli medalı ilə təltif edilib.
 
Vasif Əlihüseyn


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
infomiqaz@gmail.com

www.miq.az