"WhatsApp"da yeni dövr başlayır


Bu gün "WhatsApp"da son günü olan telefonlar

İstifadəçi sayı 1 milyarddan çox olan "WhatsApp"a yenilikləri ilə sevindirməyə davam edir. İstiPress-in məlumatına görə, ani mesajlaşma sisteminə daha bir super özəllik gəlir.

"WhatsApp"ın Android və iOS üçün "mesajı geri alma” xüsusiyyəti işə düşür. Yenilənmədən sonra əgər göndərdiyiniz mesaj qarşı tərəfə çatmayıbsa (çatmanı bildirən qoşa xətt yoxdursa) onu geri qaytara bilər və silə-redaktə edə bilərsiniz. 

Beta versiyada olacaq ikinci yenilik canlı yer müəyyən edilməsidir. Yəni qrup söhbətləri zamanı iştirakçıların harada olduqlarıdan xəbərdar olmaq mümkün olacaq. 

Xatırladaq ki, bu gündən ani mesahlaşma sistemi bəzi köhnə model telefonlara verdiyi dəstəyi kəsəcək. "iPhone 3GS/iOS 6" sistemləri ilə işləyənlər artıq mesaj göndərə bilməyəcəklər. 

"BlackBerry 10", "BlackBerry OS", "Nokia Symbian S60", "Nokia S40", Android2.1 və Android 2.2, "Windows Phone 7" isə iyun ayına kimi vaxt verilib. 

Miq.Az



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az